Newscenter.az.4.07.2019. Dövlət başçısının tapşırıq və sərəncamlarına əsasən vətəndaşların rahat gediş-gəlişini təmin etmək məqsədi ilə Bakı şəhəri və onun qəsəbələrini əhatə edən kompleks tədbirlər Sabunçu rayonunu da əhatə edib. Newscenter.az-a Avtomobil Yolları Dövlət Agentliyindən bildirilib ki, hazırda Sabunçu rayonu üzrə yol infrastrukturunun yenidən qurulması istiqamətində genişmiqyaslı təmir-tikinti işləri aparılır. Bu çərçivədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Sabunçu rayonu üzrə 12 mindən artıq əhalisi olan Kürdəxanı qəsəbəsində küçələrin vəziyyəti qənaətbəxş olmadığı üçün, üstəlik torpaq əsaslı və çınqıl örtüklü olduğu üçün təxirəsalınmaz tədbirlərə start verilib.
Nəticədə qısa müddət ərzində sözügedən yaşayış məntəqəsində vətədaşların əsas istifadə etdiyi lakin yol örtüyünün vəziyyəti qənaətbəxş olmayan və sosial obyetlərin yerləşdiyi 60.5 km uzunluğa malik olan 101 küçədə təmir-bərpa işləri aparıldı, 302 min kv.m-ə yaxın sahəyə yeni asfalt-beton örtüyü döşənib.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Sabunçu rayonu Kürdəxanı qəsəbəsində 351 min m2 sahədə, ümumi uzunluğu 70.2 km təşkil edən 122 adda küçənin bərpası işləri nəzərdə tutulub.
Anar