Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

İşıq və qaz xidmətini təqdim edən hər bir monopolistin.....



Fikrət Yusifov: "Bu məhsulların maya dəyərini aşağı salmaq üçün böyük ehtiyatları mövcuddur"

Newscenter.az.27.07.2019.
"Əhaliyə işıq və qaz xidmətini təqdim edən hər bir monopolistin bu məhsulların maya dəyərini aşağı salmaq üçün böyük ehtiyatları mövcuddur. Əgər bu ehtiyatlardan düzgün istifadə edilərsə, bu halda nəinki limitləri ləğv etmək mümkün olar hətta əvvəlki qiymətlər belə azaldıla bilər".

Newscenter.az xəbər verir ki, bu fikirləri sabiq maliyyə naziri Fikrət Yusifov səsləndirib. O, qeyd edib ki, bu gün sadə vətəndaşların və iş adamlarının limitdən artıq istifadə etdikləri qaza, işığa görə ödədikləri əlavə vəsait nəticə etibarilə onların istifadə etdikləri məhsulun şişirdilmiş maya dəyərini qarşılayır:

"Bu, isə əhalinin gəlirlərinin, əsassız itkisinə səbəb olur. İşıq və qaz satan monopolistlər onların məhsullarına limit tətbiq edilməsini qaz və işığın istehsalında xərclərin çox olması ilə əsaslandırmağa çalışırlar. Lakin onlar çox gözəl bilirlər ki, bu qiymətləri hansı rezervlər hesabına aşağı salmaq mümkündür. Bunun üçün əhaliyə satıln işıq və qazın maya dəyərini əsalı şəkildə təftiş etmək lazımdır. Bu iş obyektiv şəkildə görülərsə, o halda kifayət qədər ehtiyatlar aşkarlanacaq. Bu da imkan verər ki, həm işığı, həm də qazı əhaliyə əvvəlki qiymətə və hətta ondan da aşağı qiymətə salmaq mümkün olsun".
Xəbəri paylaş