Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Gürcüstanda etnik azərbaycanlılar yaşayan kəndə qazpaylayıcı xətt çəkilib



Newscenter.az.27.09.2019. Marneuli bələdiyyəsinin Xancığazlı və Kaspi bələdiyyəsinin Niqoza kəndlərində qazpaylayıcı kəmərlərin açılışı olub.

Newscenter.az SOCAR-a istinadən xəbər verir ki, etnik azərbaycanlıların yaşadığı Xancığazlı kəndində isə SOCAR öz sərmayəsi və təşəbbüsü ilə qaz xətti inşa edərək istismara verib. Açılış mərasimində SOCAR prezidenti Rövnəq Abdullayev də işturak edib.

Qeyd edək ki, Xancığazlıdakı qazpaylayıcı şəbəkənin tikintisi “SOCAR Georgia Gas” şirkətinin təşəbbüsü və sifarişi ilə həyata keçirilib və Gürcüstanın müvafiq səlahiyyətli qurumu ilə razılaşdırılıb. Boru kəmərinin uzunluğu 7400 metrdir. Görülmüş qazlaşdırma tədbirləri nəticəsində Xancığazlı kəndində yaşayan 127 ailə təbii qazdan istifadə imkanı əldə etmişdir. 86 ailənin evi artıq qazlaşdırılıb. Hazırda Kvemo Kartli regionunda 117 mindən çox ailə təbii qaz istifadəçisidir.

Zaur
Xəbəri paylaş