Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

“vergiler.az” saytında yeni rubrika - “Vergi dərsi”



Newscenter.az.27.09.2019. Vergilər Nazirliyi vergi siyasəti, aparılan islahatlar, qanunvericilikdə edilmiş dəyişikliklər və vergi sistemində baş verən müxtəlif yeniliklər haqqında maarifləndirmə işlərinin aparılması üçün müasir alətlərdən istifadə edir.

Newscenter.az xəbər verir ki, nazirliyin informasiya orqanı olan “vergiler.az” internet portalı informasiya siyasətində maarifləndirici və məlumatlandırıcı xəbərlər, məqalələr və müsahibələrlə yanaşı interaktiv məlumatlandırma metodlarını da tətbiq edir. Saytda vergi ödəyicilərinin, jurnalistlərin və ictimaiyyətin digər nümayəndələrinin marağına səbəb olan “Ekspert baxışı”, “Sual-cavab”, “Rəsmi cavab” kimi maarifləndirici rubrikalar istifadəyə verilib. Geniş auditoriya toplamış bu rubrikalar sosial şəbəkələrdə də maraqla izlənilir.

“vergiler.az” saytında ictimaiyyətin maarifləndirilməsi işlərinin davamı olaraq “Vergi dərsi” adlı yeni rubrika başlayır. Elektron təhsil metoduna əsaslanan həftəlik rubrikada vergilərlə bağlı məsələlər tədris olunacaq. “Vergi dərsi”ndə vergi sahəsi ilə bağlı mövzular aydın, sadə və izahlı formada təqdim olunacaq. Seçilmiş mövzular Vergilər Nazirliyinin Tədris Mərkəzinin baş müəllimi Fariz Yadigarov tərəfindən izah olunacaq. Rubrikada mövzular vergi barədə ilkin biliklərdən başlayaraq bu sahədə bütün istiqamətləri mərhələli şəkildə əhatə edəcək. Vergi sistemini dərindən öyrənmək istəyən vergi ödəyiciləri, tələbələr və digər maraqlanan şəxslər bu rubrika vasitəsilə daha praktik biliklərə yiyələnəcəklər.

Zaur
Xəbəri paylaş