Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Gömrük əməkdaşlarının ixtisasartırma təlimlərinin növbəti qiymətləndirmə mərhələsi keçirilib



Newscenter.az.5.10.2019. Dövlət Gömrük Komitəsinin Akademiyasında 16 sentyabr - 4 oktyabr tarixlərində Ümumdünya Gömrük Təşkilatının (ÜGT) Bakı şəhərindəki Potensialın Gücləndirilməsi üzrə Avropa Regional Ofisində təşkil olunmuş Dövlət Gömrük Komitəsinin Əməliyyat-İstintaq Baş İdarəsinin Əməliyyat İdarəsi və ərazi baş gömrük idarələrinin əməliyyat və təhqiqat idarələrinin və müvafiq şöbələrinin əməkdaşları üçün ixtisasartırma təlimlərinin yekun qiymətləndirilməsi keçirilib. Tədbirdə Dövlət Gömrük Komitəsinin Əməliyyat və İstintaq Baş İdarəsinin rəisi, gömrük xidməti general-mayoru Məsum Rəsulov, Akademiyanın rəisi, gömrük xidməti polkovniki Qulu Novruzov, təlimlərdə iştirak edən gömrük xidməti əməkdaşları, o cümlədən təlimlər zamanı tədrisi həyata keçirən Akademiyanın professor-müəllim heyəti iştirak ediblər.

Newscenter.az-a DGK-dan bildirilib ki, təlimlərdə tədris prosesi işgüzar oyunlar, həmçinin tədrisin müasir üsullarından istifadə etməklə keçirilib. İnteraktiv metodlardan istifadə etməklə həyata keçirilən tədris prosesində dinləyicilər lazımi metodiki materiallarla təmin ediliblər. Dinləyicilərin praktiki fəaliyyətində zəruri olan peşə vərdişlərinin aşılanması məqsədi ilə müəyyən materiallar verilib. Tədris prosesində Akademiyanın təlimçilərindən başqa, Əməliyyat-İstintaq Baş İdarəsinin müavinləri, şöbə və bölmə rəisləri iştirak ediblər.

Tədbirdə Akademiyanın rəisi Qulu Novruzov təlimin konkret bacarıqlar aşılamaq məqsədi daşıdığını bildirib. Gömrük xidməti əməkdaşlarının peşəkar hazırlığının, peşə səviyyəsinin yüksəldilməsi məqsədi ilə Dövlət Gömrük Komitəsinin rəhbərliyi tərəfindən müvafiq sərəncam verildiyini də diqqətə çatdırıb.

O, qeyd edib ki, sual bazası proqram təminatı əsasında serverə yerləşdirilib. "Sualları əməkdaş deyil, sistem özü paylayir"- deyə Akademiya rəisi vurğulayıb. Qulu Novruzov dinləyicilərə imtahanlarda uğurlar arzulayıb.

DGK Əməliyyat və İstintaq Baş İdarəsinin rəisi Məsum Rəsulov bildirib ki, 20 günlük təlim bilik səviyyəsinin artırılması məqsədilə keçirilib. "Bizim fəaliyyətimiz elə bir sahədir ki, burda biliklə bərabər, peşə hazırlığı, vərdişlər tələb olunur. Ona görə də əməliyyat axtarış fəaliyyətində olan əməkdaşlarımızın peşə hazırlığı mühüm əhəmiyyət kəsb edir"-deyə baş idarə rəisi bildirib.

Sonra təlimləri başa vuran dinləyicilərin biliklərinin qiymətləndirilmə mərhələsi keçirilib.

Zaur
Xəbəri paylaş