Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

"Pasha Holding" Koronavirusla Mübarizəyə Dəstək Fonduna 2 milyon manat ianə verəcək



Newscenter.az.21.03.2020. Keçən ilin oktyabrında öz vəsaitiylə məcburi köçkünlərimiz üçün 1300 mənzillik “Qobu Park-2” yaşayış kompleksini tikib təhvil verən “PAŞA Holdinq” digər özəl şirkətlərə örnək sayıla biləcək növbəti addım atdı. Azərbaycanda koronavirusu aşkarlamaq üçün yeni laboratoriyaya 3 milyon avro maliyyə vəsaiti ayıran holdinqdən Prezident İlham Əliyevin Fərmanıyla yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna da 2 milyon manat ianə veriləcəyi bildirilib.

Newscenter.az millət vəkili Sahib Alıyevə istinadən bu xəbəri verib.

"Xatırladaq ki, cənab Prezident öz çıxışlarında bir neçə dəfə sahibkarları, iş adamlarını dövlətin onlara qayğısına xeyriyyəçilik, yardımsevərlik, yəni sosial məsuliyyət sərgiləməklə cavab verməyə çağırıb. Ümid edirəm ki, bizim digər holdinq və şirkətlərimiz də "PAŞA Holdinq”dən örnək götürərək bu sınaq günlərində oxşar addımlar atacaqlar".

Mehman
Xəbəri paylaş