Newscenter.az.8.04.2020. "Koronavirus pandemiyası ilə bağlı yaranmış məhdudiyyətlərə baxmayaraq Azəraycanın tərəfdaş olduğu ölkələrlə birgə səylər nəticəsində dəmir yolu ilə yükdaşımalar əvvəlki qaydada davam edir".
"Report" xəbər verir ki, bunu “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) Mətbuat katibliyi şöbəsinin rəisi Natəvan Bayramova bildirib.
Onun sözlərinə görə, bu ilin ilk üç ayında 3 554 000 ton yük daşınıb, belə ki, ötən ilin ilk 3 ayı ilə müqayisədə yükdaşımada 13 min ton artım müşahidə edilib: "Azərbaycanla quru və dəniz sərhədinə malik bütün ölkələrlə əvvəlki qaydada yükdaşıma əməliyyatlarını yerinə yetirilir".
N.Bayramova əlavə edib ki, sərhəd-keçid məntəqələrində quraşdırılan müasir tipli dezinfeksiyaedici qurğular vasitəsilə bütün yük vaqonları dizenfeksiya edilir.
Xatırladaq ki, bu ilin yanvar-fevral aylarında dəmir yolları ilə 2,3 milyon ton yük daşınıb ki, bu da illik müqayisədə 7,2% çoxdur. Orta hesabla sutkada 339 vaqon yüklənib, 342 vaqon isə boşaldılıb. Sutka ərzində dəmir yolunun Şimal istiqaməti üzrə 15,3 min ton, Qərb istiqaməti üzrə 3,4 min ton, Cənub istiqaməti üzrə isə 0,9 min ton yüklənmə işi yerinə yetirilib.