Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Aralıq dənizində yanan gəmidəki Azərbaycan vətəndaşları xilas edilib



Newscenter.az.9.04.2020
. Ötən gecə Aralıq dənizində 12 heyət üzvünün olduğu BELLATRIX yük gəmisində yanğın baş verib.

“Report”un yerli bürosu xəbər verir ki, Gürcüstan dənizçilərinin iştirakı ilə xilasetmə əməliyyatı keçirilib.

Yanan gəminin heyət üzvlərinin hamısını Panama bayrağı altında üzən və altı gürcüstanlı dənizçinin çalışdığı “ARIFE” yük gəmisinə daşınıb.

Xilasetmə əməliyyatının kapitanı Giorgi Tuşmalişvili bildirib ki, yanan gəmidən xilas edilən dənizçilər arasında Rusiya, Ukrayna, Azərbaycan, Türkiyə və Hindistan vətəndaşları var.

Əməliyyatda iştirak edən gürcü dənizçilər xəsarət almayıblar. Xilas edilən dənizçilərin İtaliyanın limanlarından birinə çatdırılacağı bildirilib.
Xəbəri paylaş