Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Avropa İttifaqının bu yanaşması hazırkı böhran vəzyyətində anlaşılan deyil



Newscenter.az.9.04.2020. Avropa Birliyi Koronavirus pandemiyasına qarşı zəruri tibbi ləvazimatların alınması üçün Şərq Tərəfdaşlığı ölkələri arsında ən az maliyyə yardımını ( 14 milyon avro) Azərbaycana ayırıb”.

Newscenter.az xəbər verir ki, belə bir açıqlama ilə çıxış edən politoloq Məhəmməd Əsədullazadə deyib ki, bunun qarşılığında qurum Gürcüstana 183 milyon, Belarusa 60 milyon, Moldovaya 87 milyon, Ukraynaya 190 milyon, Ermənistana isə 92 milyon avro ayırıb:

“Avropa İttifaqının bu yanaşması hazırkı böhran vəzyyətində anlaşılan deyil və bu digər ölkələrlə müqayisədə Azərbaycana qarşı ədalətsiz yanaşmadı. Burada Avropa Birliyinin müəyyən siyasi yanaşmaları varsa, bu arxa plana keçməli, humanitar missiyalarda siyasi səbəblər axtarılmamalıdır”.

Politoloq qeyd edib ki, Azərbaycanın yetərli maliyyəyə sahib olduğunu nəzərə alsalarda bu qədər ciddi fərqlə kiçik maliyyə yardımı edilməməli idi:

“Azərbaycan Avropa İttifaqı üçün yük deyil. Avropanın nerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oyanayan ölkədir. Həmçinin Asiyadan Avropaya yüklər Azərbaycandan daşınmaqla böyük lojistik dəstək verir. Azərbaycan yuxarıda qeyd edilən ölkələrdən daha çox Avropa üçün strateji əhəmiyyət kəsb edir. Təssüf ki, müəyyən siyasi yanaşmalara görə Azərbaycana fərq qoyulur”. Məhəmməd Əsədullazadə qeyd edib ki, bu yanaşma Brüsselin siyasətinə kölgə salır. Insan hüquqları, demokratiya məsələsinə gəldikdə isə, Belarus dünyanın ən anti-demokratik ölkəsidir. Amma, Lukaşenkonu ələ almaq üçün bu qədər vəsait ayrılır. Ayrılsın, amma fərq qoyulmamalıdır".

Mehman
Xəbəri paylaş