Newscenter.az.4.05.2020. Koronavirus pandemiyası dünyanın ən nüfuzlu idman tədbirlərindən biri - ????-???????? İslam Həmrəyliyi Oyunlarının keçirilmə tarixində dəyişiklik edilməsilə bağlı məsələni gündəmə gətirib.
Newscenter.az millət vəkili Könül Nurullayevaya istinadən xəbər verir ki, bu məqsədlə İslam Həmrəyliyi İdman Federasiyasının (İHİF) İcraiyyə Komitəsi və 2021-ci ildə Türkiyədə keçirilməsi nəzərdə tutulan 5-ci İslam Həmrəyliyi Oyunları ilə bağlı yaradılmış Əlaqələndirmə Komissiyasının birgə videokonfransı baş tutdu: “İHİF İcraiyyə Komitəsinin və 5-ci İslam Həmrəyliyi Oyunları ilə bağlı yaradılmış Əlaqələndirmə Komissiyasının üzvü olaraq, mənim də qatıldığım müzakirələrdə İslam Həmrəyliyi İdman Federasiyasının rəhbəri şahzadə Əbdüləziz bin Türki əl Faysal, Türkiyənin gənclər və idman naziri Mehmet Meherrem Kasapoğlu, həmçinin Milli Olimpiya Komitələri prezidentləri də iştirak edirdi. Müzakirələr zamanı pandemiyanın bir çox sahələrə, o cümlədən beynəlxalq idman tədbirlərinə də məlum təsirlərinə toxunuldu, həmçinin növbəti oyunların keçirilmə tarixi ilə bağlı müxtəlif təkliflər səsləndirildi. Mən də öz növbəmdə pandemiyanın təsir etdiyi sahələr, eləcə də böyük auditoriyası olan İslam Həmrəyliyi Oyunlarının keçirilmə tarixinin dəyişdirilməsi ilə bağlı öz təklif və tövsiyyələrimi diqqətə çatdırdım.
Videokonfransda beynəlxalq öhdəlikləri nəzərə alaraq, Türkiyənin oyunlarla bağlı Təşkilat Komitəsinə yeni təkliflər hazırlayaraq, İcraiyyə Komitəsinin müzakirəsinə çıxarmaqla bağlı müvafiq tapşırıqlar verildİ”.
Millət vəkili deyib ki, dünyamızın qısa vaxtda pandemiyadan xilas olacağına, 5-ci İslam Həmrəylik Oyunlarının da 2017-ci ildə Bakıda baş tutan 4-cü oyunlar kimi uğurlu və əzəmətli keçəcəyinə, İslam dünyasında həmrəyliyə əlavə töhfə verəcəyinə inanıram.
Anar