Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Ermənistanda çox mürəkkəb və təhlükəli situasiya yaranıb

Ermənistanda çox mürəkkəb və təhlükəli situasiya yaranıb


"Ermənistanda çox mürəkkəb və təhlükəli situasiya yaranıb. Bu da baş nazir Paşinyan iqtidarının zəifliyindən, sistemsiz siyasətindən, Ermənistandakı siyasilərin və din xadimlərinin xarici qüvvələrdən asılılğından qaynaqlanır".

Bu fikirləri Newscenter.az-a AMİP Siyasi Şurasının üzvü, partiya liderinin köməkçisi Əli Oruclu səsləndirib. O bildirib ki, Azərbaycanla Ermənistan arasında normallaşma prosesinin getdiyi, tərəflərin müəyyən məsələlərdə vasitəçisiz razılaşma əldə edə bildikləri indiki məqamda Paşinyanın istefa verməsini məqbul hesab etmir:

"Ermənistana həmişə xarici təsirlər ciddi şəkildə olub bu dövlətin suverenliyi formal xarakter daşıyıb. Ona görə də Paşinyanın ölkəsinin yeni təhlükəsizlik çətiri axtarması, Azərbaycanla bağlı bəzi bəyanatlar və atdığı addımlar ciddi etiraz və qıcıq doğurur. Cəmiyyətin özü də hibrid bir cəmiyyət halına salınıb. İctimai rəyə təsir göstərən, onu istiqamətləndirməyə gücü çatan siyasi çevrələr və kilsə Rusiyanın, yaxud da Qərbin xüsusi xidmət orqanlarının diqtəsində olub".

Süleyman
Xəbəri paylaş