Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Əsli Kazımova: "Heydər Əliyev Azərbaycanın xilaskarıdır"



Newscenter.az.10.05.2020. “Ölməz lider Heydər Əliyev Azərbaycanın xilaskarıdır”.

Newscenter.az xəbər verir ki, bu fikirləri Azərbaycan Sosial Rifah Partiyasının Birinci müavini Əsli Kazımova deyib. Onun sözlərinə görə, Heydər Əliyev kimi şəxsiyyətin müstəqil Azərbaycan dövlətinin quruculuğunda böyük əməyi, danılmaz xidmətləri var:

“Heydər Əliyev Azərbaycanın həqiqətən ölməz lideridir. Lider olmaq mümkünsüzdür. Lider olaraq doğulurlar. Heydər Əliyevin bütün həyat hekayəsinə nəzər salanda görürsən ki, hətta Sovetlər zamanı onun bütün fəaliyyəti Azərbaycançılıq, Türkçülük, müstəqillik, Bölünməz Vətən, Birlik və Xalqın Həmrəy olmasına həsr edilib. Dünya siyasətçiləri bu gün də, Heydər Əliyevin liderlik və siyasi kursunu nümunəvi dövlət idarəçiliyi nümunəsi kimi tanıyırlar. Bu gün ölkə başçısı Cənab İlham Əliyev ölməz lider Heydər Əliyevin siyasi kursunun layiqli davamçısıdır. Mən ziyalı ailəsində böyümüşəm. Atam uzun illər millət vəkili olub. Hətta ölməz lider Heydər Əliyevin etimadını doğrultmaq üçün əlindən gələni edib. Bunu hər kəs təsdiq edə bilər. Çox zaman atamdan eşidirəm. O Heydər Əliyevin necə sadə, gecə gündüz xalqı üçün necə çalışdığından, əməyə necə qiymət verdiyindən, ağıllı, təhsilli və bacarıqlı insanlara necə dəstək olmasından usanmadan danışır. Bu gün də, Atam Heydər Əliyevdən elə danışır ki, onun necə bir əvəzsiz insan olması qarşısında gözlərimiz yaşarır. Atam Xanhüseyn Kazımlı Heydər Əliyevin insanda sədaqəti, etibarı, Vətənə və Xalqa olan sevgini, bağlılığı yüksək qiymətləndirdiyindən həmişə danışaraq, hər bir qeyd edilən xüsusiyyətin ölməz liderdə yetəri qədər olduğunu vurğulayır".

ASRP rəsmisinin sözlərinə görə, illər keçsə də, etiraf etmək gərəkir ki, bu gün müstəqil Azərbaycanın var olması üçün biz ölməz lider Heydər Əliyevə borcluyuq:

"Bu günkü Azərbaycan üçün yenə də ulu öndərə minnətdar olmalıyıq. Çünki bugünki Azərbaycan sözün əsil mənasında uzaqgörən və dünya liderləri arasında öz sözünü deməyi bacaran İlham Əliyev kimi siyasətçiyə əmanət edilib. İlham Əliyev kimi liderimizin var olması üçün də, biz yenə də ulu öndər Heydər Əliyevə borcluyuq, çünkü İlham Əliyev kimi siyasətçini məhz dünya şöhrətli siyasi lider Heydər Əliyev yetişdirmişdir!”

Sonda ASRP müavini Ulu Öndər Heydər Əliyevin 10 may doğum gününü anaraq, Azərbaycan Sosial Rifah Partiyasının heyyəti adından ölməz liderə Allahdan rəhmət diləyib!
Xəbəri paylaş