Newscenter.az.6.06.2020. Sumqayıt şəhərində gənclər arasında düşən mübahisə bıçaqlanma ilə yekunlaşıb.
“Report”un Sumqayıt - Abşeron bürosunun məlumatına görə, hadisə şəhərin 10-cu mikrorayon ərazisində qeydə alınıb.
Hadisə nəticəsində 1988-ci il təvəllüdlü Qasımov Zöhrab Vəli oğlu və 1989-cu il təvəllüdlü Rəhimov Namiq Tahir oğlu ölüb.
Z. Qasımovun qardaşı 31 yaşlı Tofiq Qasımov isə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.