Newscenter.az.6.06.2020. Son bir gündə Türkiyədə daha 21 nəfər koronavirusdan ölüb.
“Report” xəbər verir ki, bu barədə ölkənin səhiyyə naziri Fahrettin Koca bildirib.
O qeyd edib ki, bununla da ölkədə koronavirus qurbanlarının sayı 4 669 nəfərə çatıb.
Ötən bir gündə ölkədə daha 878 nəfərdə COVID-19 aşkarlanıb. Bununla da koronavirusa yoluxanların ümumi sayı 169 218 nəfərdir.
Son sutkada 1 922 nəfər sağalaraq evə buraxılıb. Bununla da ölkədə virusdan sağalanların ümumi sayı 135 322 nəfərə çatıb.
Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 2 303 258 test aparılıb.