Newscenter.az.10.11.2020. Azərbaycanın rəşadətli Ordusu Cənab Prezident, Ali Baş Komandan İlham Əliyevin Möhtəşəm Qətiyyəti və Gücü ilə Ermənistanın işğalçılıq siyasətinə qarşı sentyabrın 27-dən başlatdığı Vətən müharibəsini parlaq qələbə ilə başa çatdırdı. Bu Şanlı Qələbə münasibətilə Azərbaycan xalqını təbrik edirəm!
Əzəli Azərbaycan torpağı olan Qarabağımızı öz qanı və canı bahasına bizə geri qaytaran bütün şəhidlərimiz qarşısında baş əyir, yaralı hərbçilərimizə Allahdan şəfa diləyirəm.
Bu Parlaq Zəfərin memarı, Azərbaycan tarixinə qızıl hərflərlə yazan Ali Baş Komandanımız İlham Əliyev və Şanlı Ordumuz, müdrik Xalqımız bu günü sevinclə, qürurla qeyd edir. Bu zəfər Azərbaycan xalqının, onun Liderinin və Ordusunun gücünü bütün dünyaya göstərdi.
Bu Zəfər Azərbaycan Dövlətinin, Xalqının güclü siyasi iradəsi, xalq-iqtidar birliyinin təntənəsidir. Bu Dövlətin Dəmir iradəsinin, Dəmir yumruğunun ifadəsidir.
Cənab Prezidentin Xalqa müraciətində bəyan etdiyi kimi Biz düşmənin dəmir yumruqla başını əzirik. “Bu yumruq birliyimizin rəmzidir. Bax, bu gün Azərbaycan xalqı bu yumruq kimi birləşib! Həmişə belə olacaq! Bu birlik əbədi olacaq! Bu birlik bizə gələcəkdə də bütün vəzifələri icra etmək üçün imkan yaradacaq”.
Bəli, Azərbaycan xalqı Cənab İlham Əliyevin rəhbərliyi ilə daha xoşbəxt gələcəyə doğru getməkdədir. Onun arxasında 10 milyonluq Azərbaycan vətəndaşı və 50 milyonluq soydaşımız dayanır. “ Mən 17 il ərzində Azərbaycan xalqının dəstəyini hiss etmişəm, görmüşəm, inamını, mənə olan xoş münasibəti görmüşəm. Bu, mənə güc verir. Bu, mənim siyasətim üçün əvəzolunmaz dəstəkdir. Həmişə Azərbaycan xalqını əmin edirdim ki, mən Vətənə, doğma xalqıma ləyaqətlə, sədaqətlə xidmət edəcəyəm”.
Vaqif Abdullayev-siyasi elmlər doktoru, professor