Newscenter.az.10.11.2020. Noyabrın 10-da Azərbaycan və Ermənistan arasında sülh sazişi imzalanan saatlaraa qədər gedən döyüşlərdə gün ərzində 81 Qarabağ ermənisi ölüb.
Newscenter.az armenpress.am-a istinadən xəbər verir ki, bu barədə açıqlamanı separatçı rejimin "Müdafiə Nazirliyi" yayıb. Məlumatda bildirilib ki, sentyabrın 27-dən başlayan hərbi əməliyyatlar nəticəsində isə ümumilikdə 1300-dən çox Qarabağ ermənisi həlak olub.
Qeyd edək ki, ən son statistikada həlak olan erməni əsgərlərinin sayı 1221 nəfər göstərilirdi.