Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycan ordusu cənab Ali Baş komandanın rəhbərliyi ilə şanlı zəfər qazandı



Newscenter.az.13.11.2020. "Azərbaycan ordusu cənab Ali Baş komandanın rəhbərliyi ilə şanlı zəfər qazandı. Son iki əsrdə buna bənzər qələbəmizi xatırlamıram".

Newscenter.az xəbər verir ki, bu fikirləri Milli Məclissin deputatı Bəhruz Məhərrəmov səsləndirib. Deputat bildirib ki, bizim həmişə birliyimiz olub, amma biz dövlət-xalq-ordu birliyini heç vaxt bu səviyyədə nümayiş etdirə bilməmişdik:

"44 gün ərzində bir yumruq kimi birləşə bildik və uğurumuz göz önündədir. Bu uğurun memarına – Prezident İlham Əliyevə və Azərbaycan ordusunun hər bir fərdinə hələ uzun illər təşəkkür və minnət borcu ilə yaşayacayıq. Lakin, bu gün daxilimizdə bəzi qüvvələr, o qüvvələr ki, müharibənin başlanmayacağını iddia edirdilər, xalqın ruhunu əzirdilər, indi Azərbaycanın qələbəsinə, Azərbaycan xalqının diqtə edən tərəfə çevrilməsinə, qalib müzəffər xalq olmasına dözə bilmir. Onlar bu gün Ermənistanın kapitulyasiya sənədini – bir faciə kimi qəbul edirlər. Bilmirəm, bəlkə də bu elə onlar üçün faciədir. Sual yaranır. Bu sənəddə anlaşılmayacaq nə var? 9 maddəlik bir sənəddə yazıla biləcək, qısa məzmunlu ifadə ediləcək nə varsa hamısı ehtiva olunub. Bizi nə maraqlandırırdı? Ərazi bütövlüyü və Dağlıq Qarabağın sonrakı taleyi. Bu sənəddə də, cənab Prezidentin çıxışında da hər şey gün kimi ortadadır. Status olmayacaq, ərazi bütövlüyümüz isə 100 faiz təmin olunur, daha nədir istəyiniz? Sülhməramlı missiya və hərbi baza arasında fərqi müəyyən etmək niyə belə çətindir? Bilirsiz, bu bizim milli məsələmizdir, bunu hakimiyyət uğrunda mübarizə alətinə çevirmək hansı siyasi əxlaqa sığır? Xalqın zəfəri, şəhidin qanı üzərindən oyun qurmağa Sizə kim ixtiyar verib? Axı baş verənləri müşahidə edib, bu xalqın İlham Əliyev şəxsiyyəti ətrafında birləşdiyini, tam mənada sonadək onun arxasında dayandığını görmək çətindirmi?".

Deputat deyib ki, bu gün bizim deyəcəyimiz yalnız bir şey olmaalıdır, yaşasın müzəffər Ali Baş Komandan, yaşasın Azərbaycan ordusu, Var olsun Xalqımız!.

Anar
Xəbəri paylaş