Newscenter.az.14.11.2020. İşğal olunmuş torpaqlarımızda 9 su anbarı, 7 sututarı, 6426 kilomert suvarma şəbəkəsi, 2 hidroqovşaq olub.
Newscenter.az-a Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətindən bildirilib ki, bundan başqa həmin ərazilərdə 330 kilometr kollektor-drenaj şəbəkəsi, 803 hidrotexniki qurğu, 88 nasos stansiyası, 1429 subartezian quyusu vardı. Ümumilikdə isə, 125 min 800 hektar suvarılan torpaq sahəsi işğal altında qalmışdı.
Səhmdar Cəmiyyətdən bildirilib ki, işğaldan azad olunmuş ərazilərimizdəki su ehtiyatları Azərbaycanın su imkanlarının artırılması baxımından böyük əhəmiyyət daşıyır.
Sevinc