Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Xankəndi tamamilə boşdur



Newscenter.az.14.11.2020. "Azərbaycan ordusunu ilk gündən, xüsusilə də Şuşadan əvvəl saxlamaq istəyirdilər. Ancaq ən düzgün taktikanı seçən dövlətimiz daha rahat alına biləcək Xankəndinə deyil, işğal olunmuş ərazilərdə ən çətin ərazi olan Şuşanı azad etməyə üstünlük verdi".

Newscenter.az belə bir açıqlama ilə çıxış edən siyasi ekspert Xəyal Bəşirov bunun səbəbini belə izah edib:

"Bir sıra digər səbəblərlə yanaşı, həm də, bax bu gün, Xankəndinin başı üzərində duran Şuşada Azərbaycan bayrağının dalğalanmasına və əsgərimizin keşik çəkməsinə görə düşmənlərimizin Xankəndinə girməkdən qorxması üçün. Hazırda Xankəndi tam boşdur və təkcə orda yaşayan ermənilər yox, həm də erməni hərbçiləri ora girməyə cürət etmir".

Anar
Xəbəri paylaş