Newscenter.az.9.12.2020. ATƏT-in Minsk qrupu həmsədrlərinin bu həftənin sonunda Bakı və Yerevana növbəti səfəri nəzərdə tutulur.
“Report” xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ABŞ dövlət katibinin Avropa və Avrasiya işləri üzrə köməkçisinin müavini Filip Riker ABŞ Helsinki Komitəsində ATƏT-ə dair keçirilən dinləmələr zamanı bildirib.
Diplomat son 30 il ərzində regionda kövrək sülhü qoruyub saxlamaqda Minsk qrupunun və həmsədrlərinin töhfəsini vurğulayıb.