Mikayıl Cabbarov: "2 ayda vergi daxilolmaları 118,7% icra olunub"
Tarix: 2-03-2021, 15:11
Newscenter.az.2.03.2021. Azərbaycan biznesi koronavirus (COVID-19) pandemiyasından sonrakı bərpa dövrünə daxil olur".
Bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov "Facebook" sosial şəbəkəsindəki hesabında bildirib.
"İlin 2 ayının yekunları ürəkaçandır. İlkin məlumata əsasən, vergi daxilolmaları proqnozlara nisbətən 118,7% icra olunub. Qeyri-neft-qaz sektorundan əlavə daxilolmalar 84,7 milyon manat təşkil edib", - deyə o, qeyd edib.