Newscenter.az.4.03.2021. Milli Olimpiya Komitəsində Olimpiya Gündəliyi 2020 Komissiyasının növbəti iclası keçirilib.
Newscenter.az-a MOK-dan bildirilib ki, Milli Olimpiya Komitəsinin baş katibinin müavini Azər Əliyevin sədrliyi ilə keçirilən iclasda komissiyanın 2020-ci il ərzində gördüyü işlər, Beynəlxalq Olimpiya Komitəsinin 2020-2025-ci illər üçün hazırladığı yeni strateji yol xəritəsi, Tokio 2020 Oyunlarınağ dair təhlükəsizlik qaydaları, həmçinin Komissiyanın 2021-ci il üzrə fəaliyyət planı müzakirə olunub. Beynəlxalq Olimpiya Komitəsinin yeni -“Olimpiya gündəliyi 2020+5” strateji sənədi haqda komissiya üzvlərinə məlumat verən MOK-un marketinq idarəsinin müdiri Mehman Kərimov qarşıdakı 5 il ərzində Olimpiya hərəkatının beynəlxalq səviyyədə yol xəritəsi hesab olunan sənədin vacib məqamlarından danışıb.
Mehman Kərimov bildirib ki, 15 tövsiyyədən ibarət sənəd əsasən 5 istiqamət üzrə qruplaşdırılıb. Onun sözlərinə görə, “Olimpiya gündəliyi 2020+5” sənədində xüsusi olaraq, ölkələr və cəmiyyətlər arasında həmrəyliyin artmasına diqqət çəkilib. Bundan başqa pandemiya şəraitində sürətləndirilən rəqəmsallaşma prosesindən kənarda qalmamaq tövsiyyə olunuи. Olimpiya dəyərlərini təbliğ etmək üçün rəqəmsal texnologiyalardan güclü bir vasitə kimi istifadə olunması vurğulanıb. Həmçinin strateji sənəddə BMT-nin davamlı inkişaf məqsədlərinə töhvə verilməsinin vacibliyi qeyd olunub. Daha bir istiqamət isə Olimpiya idman qurumlarına etibarlılığın artırılmasıdır. BOK pandemiyanin yaratdığı böhranın aradan qaldırırlması ilə bağlı idman hətəkatının daha aktiv iştirakını vurğulayıb.
MOK-un beynəlxalq əlaqələr idarəsinin müdiri Anar Bağırov, Tokio 2020 Yay Olimpiya Oyunlarının daha təhlükəsiz və uğurla həyata keçirilməsi üçün nəşr edilmiş “Playbook” haqda komissiya üzvlərinə məlumat verib.
Gənclər və İdman Nazirliyinin idman şöbəsinin müdürü Fərid Mansurov 5 mart “Bədən tərbiyyəsi və İdman günü” ilə əlaqədar olaraq, bu il idman ictimayyətinin qatılacağı onlayn formatda konfrans keçirmək planlaşdırldığını bildirib. Fərid Mansurov qadın idmançıalrın sayınına artıtlması ilə bağlı daha genişmiqyaslı təbliğat işlərinin aparılması haqda da tövsiyyələr verib.
Komissiya üzvləri o cümlədən “İdman Hamı üçün” televiziya proqramının 2021-ci il fəaliyyətini də müzakirə ediblər.
Sevinc