Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycanla Ukrayna arasında elmi-praktik konfrans keçirilib



Newscenter.az.16.04.2021. Aprelin 16-da Azərbaycan Respublikası və Ukrayna Maliyyə Nazirliyi yanında Dövlət Fiskal Xidmət Universiteti ilə “Dövlətin iqtisadi təhlükəsizliyi və hüquq-mühafizə fəaliyyəti ilə mütəxəssislərin hazırlanmasında səmərəli sistemin qurulması” mövzusunda beynəlxalq elmi-praktiki dəyirmi masa onlayn formatda keçirilib.

Newscenter.az xəbər verir ki, Azərbaycan Respublikası tərəfindən konfransda Milli Məclisin deputatı, İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin və Azərbaycan-Ukrayna parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Məzahir Əfəndiyev iştirak edib.

M.Əfəndiyev giriş nitqi ilə çıxış edərək ilk növbədə bütün iştirakçıları salamlamış, iqtisadi təhlükəsizlik sahəsindəki beynəlxalq təcrübə ilə tanış olmaq, eləcə də Azərbaycan təcrübəsini bölüşmək imkanı yaradıldığı üçün minnətdarlığını bildirib.

Deputat ötən 2020-ci ilin xalqımız və dövlətimiz üçün COVİD-19 pandemiyası ilə yanaşı, Böyük Zəfər ilə yadda qaldığını vurğulayaraq Ali Baş Komandan, Böyük Sərkərdə İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Silahlı Qüvvələrinin İkinci Qarabağ - Vətən müharibəsində təkbaşına BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsini yerinə yetirərək 44 gün ərzində Ermənistan üzərində əldə etdiyi Möhtəşəm Qələbə haqda iştirakçıları məlumatlandırıb.

Həmçinin millət vəkili 2018-ci ildən etibarən Prezident İlham Əliyevin rahbərliyi ilə iqtisadi islahatlar kontekstində Azərbaycanda həyata keçirilən çoxvektorlu iqtisadi siyasət çərçivəsində qanunveruicilik bazasının təkmilləşməsi, icra edilən dövlət fiskal siyasəti və iqtisadi təhlükəsizliyin dayanıqlılığının təmin olunmasından danışıb.

Eyni zamanda M.Əfəndiyev qarşıya qoyulan sosial-iqtisadi hədəflərə nail olunmasında universal sənəd hesab edilən 2030 Gündəliyinin rolunu vurğulayaraq, Dayanıqlı İnkişaf Məqsədlərinin (DİM) icrasının dövlətimizin prioritetlərindən olduğunu xüsusilə qeyd etdi: “DİM-lərin tətbiqi iqtisadi təhlükəsizliyin uzun və davamlı inkişafını təmin edəcəkdir.”

Sonda deputat Milli Məclisin gələcəkdə səmərəli və qarşılıqlı faydalı əməkdaşlığa hazır olduğunu bildirərək iştirakçılara bir daha təşəkkürünü bildirib.

Dəirmi masada həmçinin Avropa İttifaqının “Şərq Tərəfdaşlığı” proqramı ölkələrinin (Gürcüstan, Belarusiya, Moldova, Ukrayna və Ermənistan), eləcə də Azərbaycanın dövlət fiskal siyasətini həyata keçirən Dövlət Gömrük Komitəsi və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndələri iştirak ediblər.

Mehman
Xəbəri paylaş