Müharibə əlilləri ev alqı-satqısı zamanı rüsumdan azad edilir
Tarix: 4-06-2021, 11:48
Newscenter.az.4.06.2021. "Dövlət rüsumu haqqında" qanuna dəyişikliklər edilir.
"Report"un xəbərinə görə, dəyişikliklə müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər mənzil (ev) alqı-satqısı zamanı notariat hərəkətlərinin aparılması ilə əlaqədar dövlət rüsumundan azad olunurlar.
Qanuna dəyişiklik layihəsi Milli Məclisin iyunun 8-də keçiriləcək plenar iclasında müzakirə ediləcək.