Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

70-dən çox vətəndaşı aldadaraq onların pulunu mənimsəyən Orxan İbrahimovu KİM HİMAYƏ EDİR?



Newscenter.az.24.06.2021. Son illər cəmiyyətdə geniş yayılmış neqativ hallardan biri də vətəndaşların etimadından sui-istifadə eədərək dələduzluq yolu ilə onların pulunu mənimsəmək, insanlara külli miqdarda ziyan vurmaqdır. Hüquq-mühafizə orqanlarının mətbuata verdiyi açıqlamalarda da bunu aydın şəlkildə görmək mümkündür.

Newscenter.az xəbər verir ki, bir müddət əvvəl daha bir dələduzluq faktının üstü açılıb. Belə ki, özünü "Go Europe" adlı şirkətin rəhbəri kimi təqdim edən İbrahimov Orxan Rəfael oğlu 70-yə yaxın vətəndaşdan onları Polşaya göndərmək adı ilə pul alaraq mənimsəyib.

Bu barədə redaksiyamıza müraciət edən bir qrup zərərçəkmiş şəxs bildirib ki, Orxan İbrahimov onların hər birindən 700-1000 manat alaraq viza ilə Polşaya göndərəcəyini vəd edib. Tərəflər arasında əldə edilmiş razılığa əsasən aldadılan şəxslər cari ilin mart ayında viza əldə edərək Polşaya gedəcəkmiş. Lakin Orxan İbrahimov vədinə xilaf çıxaraq vətəndaşlardan topladığı pulu götürüb Azərbaycanı tərk edir.

Zərəçəkmişlər qeyd edirlər ki, Litvaya qaçan Orxan İbrahimov barəsində polisə şikayət olunub və hazirda iş Yasamal rayon Polis İdarəsində Elnur Əsədovun icraatindadır.

Redaksiyamızın əldə etdiyi məlumata görə isə, vətəndaşlara qarşı dələduzluq edən Orxan İbrahimova məmurlardan biri tərəfindən himayədarlıq edilir.

P.S. Redaksiya olaraq qarşı tərəfində də mövqeyini dərc etməyə hazırıq.

NEWSCENTER.AZ
Xəbəri paylaş