Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Gələn il üçün pensiyalar maksimum 5 faiz arta bilər



Newscenter.az.7.11.2021. Hesablama Palatasının “Dövlət Sosial Müdafiə Fondunun büdcəsinin layihəsinə rəy”indən məlum olur ki, gələn il dövlət büdcəsindən sosial müdafiə fonduna (SMF) ayırmalar 159,2 milyon manat azalacaq. Lakin, buna baxmayaraq 2022-ci ildə SMF-in gəlirləri 2021-ci ilin gözlənilən icrası ilə müqayisədə 252,9 manat artımla proqnozlaşdırılır. Bu 2022-ci ildə işləyənlərin ödədikləri məcburi dövlət sosial sığorta haqlarının 2021-ci il üçün bu mənbədən gözlənilən gəlirlərlə müqayisədə 411,5 milyon manat və ya 11 faiz, proqnozlaşdıırlan gəlirlərə nisbətən isə 645,7 milyon manat və ya 18,4 faiz artımı hesabına mümkün ola bilər. SMF-nin daimi maliyyə mənbələrinin bir hissəsinin dəyişən gəlirlərlə əvəz edilməsi proqnozlarla bağlı riskləri yüksəldir. Belə riskin yüksək olacağını bu il üçün SMF-nin ümumi gəlirlərində məcburi dövlət sosial sığorta haqları üzrə gəlirlərin xüsusi çəkisinin ötən illə müqayisədə 0,7 faiz bəndi azaldığı halda gələn il üçün bu göstəricinin 4,3 faiz bəndi artırılmasıdır. Bu ssenarı dövlət və özəl bölmədə əmək haqqlarının kəskin artımı və yüz minlərlə yeni iş yerlərinin açılması kimi gözləntilərin özünü doğruldacağı halda mümkündür. Proqnizlara görə, bu il üçün orta aylıq əməkhaqqı 742,8 manat, növbəti ildə isə 64,8 manat və ya 8,7 faiz artaraq 807,6 manat olacağı proqnozlaşdırılır. Bu proqnoz özünü doğrultmazsa SMF-in planlaşdırılan büdcəsi nəzərdə tutualan xərcləri tam icra etməyə imkan verməyəcək.

Görünür ki, ƏƏSMN və Maliyyə Naziri birgə dil tapıb, gerçəkliklər yox, arzular əsasında PA-nı bu ssenariyə razı sala və ya yenə də aldada biliblər. Çünki, ən azı bu il üçün həmin ssenari özünü doğrultmur. Bu il pensiyaları və əlillik dərəcələrini çıxdaş edib, onu kəsməklə vəziyyətdən çıxan ƏƏSMN böyük ehtimalla gələn il üçün də bunu alternativ variant kimi planlaşdırır.

Pensiyalara gəlincə, gələn il üçün pensiyalar maksimum 5 faiz arta bilər. Belə ki, 2022-ci ildə SMF-nin əhaliyə ödənişləri 2021-ci ilin gözlənilən icrası ilə müqayisədə 252,9 milyon manat və ya 5 faiz çox proqnozlaşdırılır. Bu artım da pensiyaların indeksləşdirilməsinə yönəldiləcək. Belə ki, Hesablama Palatasının rəyində qeyd olunur ki, ötən il orta aylıq əmək haqqı 707,7 manat olub və bu ilin sonuna 35,1 manat və ya 5 faiz artaraq 742,3 manat proqnozlaşdırılır. Cari il üzrə orta aylıq əmək haqqının artım tempinin əvvəlki ilə münasibətdə 5 faiz artımı təmin olunarsa pensiyaçıların sayının azalmasını da nəzərə alınmaqla növbəti ildə pensiyaların sığorta hissəsi maksimum 5 faiz arta bilər.

Qubad İbadoğlu-Azərbaycan Demokratiya və Rİfah Partiyasının sədri
Xəbəri paylaş