Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

"Nizami Gəncəvinin əsərlərində elmi yanaşmalar" layihəsi keçirilib

"Nizami Gəncəvinin əsərlərində elmi yanaşmalar" layihəsi keçirilib


Newscenter.az.26.11.2031. Azərbaycan Respublikası Təhsil Nazirliyinin keçirdiyi "Təhsildə inkişaf və innovasiyalar üzrə V Qrant müsabiqəsində qalib olmuş layihələrdən biri dəİ.Hacıyev adına "Tərəqqi" texniki-humanitar liseyin "Nizami Gəncəvinin əsərlərində elmi yanaşmalar" konfransının keçirilməsi layihəsidir. Layihənin rəhbəri respublikanın əməkdar müəllimi, professor Nasim Abışovdur.

Newscenter.az=ın məlumatına görə, layihənin rəhbəri N.Abışov qeyd edib ki, Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 05 yanvar 2021-ci il Sərəncamı ilə 2021-ci il dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 880 illik yubileyi ilə bağlı olaraq "Nizami Gəncəvi ili" elan olunmuşdur. Bəşər bədii fikrinin nadir hadisəsi olan Nizami yaradıcılığı səkkiz əsrdən artıqdır ki, xalqımızın mənəviyyatının ayrılmaz hissəsinə çevrilmişdir. Nizami Gəncəvi ümumbəşəri mahiyyət daşıyan, ecazkar poetik qüvvəyə malik yaradıcılığı ilə Şərq bədii təfəkkürünü elmi-fəlsəfi fikirlərlə zənginləşdirmiş və şeiriyyəti görünməmiş yüksəkliklərə qaldırmışdır. Mütəfəkkir şairin məşhur “Xəmsə”si insanlığın mənəvi sərvətlər axtarışının zirvəsində dayanaraq, dünya ədəbiyyatının şah əsərləri sırasında layiqli yer tutur. Qüdrətli söz Ustadının bəşəriyyətin bədii fikir salnaməsində yeni parlaq səhifə açmış ölməz əsərləri bu gün də insanların mənəvi- əxlaqi kamilləşməsinə misilsiz xidmət göstərir. Aparılan müşahidə, müsahibə və sorğular göstərir ki, dahi Nizaminin poeziyasında istifadə olunan elmi yanaşmalar tələb olunan səviyyədə öyrənilməmişdir. Orta məktəblərdə bəzi qabaqcıl müəllimlərin iş təcrübəsi istisna olmaqla, bu iş sistemsiz və qeyri-ardıcıl xarakter daşıyır. Belə vəziyyətin birinci səbəbi müəllimlərin klassik poeziya sahəsində elmi-metodik hazırlığının aşağı səviyyədə olmasıdırsa, ikinci səbəbi də bu sahədə elmi-pedaqoji və metodiki ədəbiyyatın kifayət qədər olmamasıdır.

Görkəmli nizamişünas alim Abbasəli Sarovlunun çox haqlı olaraq qeyd etdiyi kimi, “dahilər dahisi və ensiklopedik zəka sahibi Nizami Gəncəvinin misilsiz sənət örnəyi olan “Xəmsə”si sirləri tamam açılmamış bir planeti xatırladır. Bu planetin kəşfi bütün yüzillikləri və nəsilləri məşğul edəcəkdir”. “Nizami planeti”nin sirlərini kəşf edəcək gənc tədqiqatçıları hələ orta məktəb illərində yetişdirmək müəllimlərimizin mənəvi borcuna çevrilməlidir.

XII əsr Azərbaycan İntibah mədəniyyətinin ən parlaq Zəkası, söz sənətinin Əbədiyaşar nümayəndəsi, Azərbaycan xalqının mütəfəkkir oğlu, filosof-şair dahi Nizami Gəncəvinin bəşəriyyətə bəxş etdiyi sənət inciləri elə bir xəzinədir ki, özündə varlığın bütün sirlərini, möcüzələrini, qüvvə və qüdrətini, təbiətin minbir çeşidli hikmətlərini, səma cisimlərinin və canlı həyatın səbəb və mahiytətini ilahi sözün , İnsanın mənəviyyatını müqəddəs Tanrının dərgahına qaldırıb, zamanların tufanlarını, qasırğalarını, olmuşları və olacaqları, yerin-göyün, ağla-qaranın, işıq və rəng çalarlarının, “zərrə”nin yaranma səbəblərini araşdırıb. Bütün elm sahələrini idrakının gücü ilə fəth edən parlaq, ensiklopedik zəka sahibi olan, Nizami Gəncəvinin sənət dünyası o qədər sonsuzdur ki, hətta neçə-neçə yüz illər, min illər sonra belə elmi axtarışlar və araşdırmalar tələb edəcək.

Ana dilindən başqa ərəb və fars dillərini də mükəmməl bilən Nizaminin yunan dili ilə də tanış olduğu, həmçinin qədim yunan tarix və fəlsəfəsini, astronomoya, tibb və həndəsə elmlərini yaxşı mənimsədiyi əsərlərindən aydın görünür. Nizami Gəncəvinin ilkin Şərq İntibahının zirvəsi olan yadıcılığında dövrünün ən humanist, ümumbəşəri ictimai-siyasi, sosial və mənəvi-əxlaqi fikirləri parlaq bədii əksini tapmışdır. Bu fikirləri əsas tutaraq düşünürük ki, Ümumtəhsil məktəblərdə Nizami Gəncəvi irsindən geniş istifadə etmək mümkündür və zəruridir.

Layihənin məqsədi və vəzifələri: Bizim Layihənin əsas məqsədi istedadlı şagirdlərimizin diqqətini Dahi Nizaminin ölməz əsərlərinin dərindən öyrənərək, onun mütərəqqi elmi fikirlərini araşdıraraq tədqiqat aparmağa yönəltməkdir. “Nizami dünyası” sonu bilinməyən bir ümmandır. Dahiləri yaşatmaqla və dünyaya tanıtmaqla millətimiz beynəlxalq müstəvidə bir daha öz varlığını ən yüksək mədəni səviyyədə təsdiq etmiş olur, gənclərimizin mənəvi dəyərləri mükəmməlləşir və milli qürur hissi daha da yüksəlir.

Layihənin əsas vəzifələrdən biri dahi Nizaminin ədəbi-pedaqoji irsindən orta məktəblərdə pedaqoji prosesdə istifadə etmək imkanlarını müəyyənləşdirmək, Şagirdlər tərəfindən müstəqil olaraq, onun əsərlərində kimya, fizika, riyaziyyat, coğrafiya, tarix, biologiya, astronomiya və s. elmlərdən istifadəyə aid məlumatları tapmaq və müasir elmi baxımdan şərh etməkdir.

Təklif olunan Layihə şagirdlərimizin diqqətini Nizami irsinin öyrənilməsinə yönəltməklə yanaşı, gənc nəslimizin həyat və düşüncə tərzlərinin, onlarda yaradıcı və tənqidi təfəkkürün, elmi mənbələrlə işləmək qabiliyyətinin inkişaf etdirilməsi məqsədi daşıyır. Konfransa iştirak üçün respublikamızın ümumtəhsil məktəblərinin IX-XI sinif şagirdləri dəvət olunub. Sentyabr ayında sosial şəbəkələrdə konfransın keçirilməsi üçün elanlar, yerli təhsil orqanlarına və məktəblərə e-mail vasitəsilə məlumatlar göndəriləcəkdir. Şagirdlərin onlayn qeydiyyatdan keçməsi üçün portal yaradıldı
Konfransın aşağıdakı bölmələr üzrə keçirild;Nizami Gəncəvinin əsərlərində kimya elmi; Nizami Gəncəvinin əsərlərində biologiya elmi; Nizami Gəncəvinin əsərlərində riyaziyyat elmi; Nizami Gəncəvinin əsərlərində fizika elmi; Nizami Gəncəvinin əsərlərində astronomiya elmi; Nizami Gəncəvinin əsərlərində tibb elmi; Nizami Gəncəvinin əsərlərində tarixi faktlar; Nizami Gəncəvinin əsərlərində coğrafi faktlar.

Oktyabrın sonunadək məqalələrin electron poçt vasitəsilə qəbulu aparıldı. Layihəyə cəlb olunmuş ekspertlər tərəfindən məqalələrinqiymətləndirilməsi həyata keçirildi və ən yaxşı 40 tədqiqat işi seçildi, onlar onlayn konfransda təqdim olundu. Layihənin sonunda hər bölmə üzrə iştirak edən qaliblər əsertifikat və hədiyyələr təqdim olundu.

Xəbəri paylaş