Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Sabiq millət vəkili Heydər Əliyevlə bağlı xatirələrindən DANIŞDI

Sabiq millət vəkili Heydər Əliyevlə bağlı xatirələrindən DANIŞDI


Newscenter.az.9.12.2021. Ümummilli lider Heydər Əliyevin vəfatından 18 il keçir. Aradan bir xeyli müddət keçsə də, lakin Azərbaycan xalqı bu gün də ulu öndərin xatirəsini yüksək ehtiramla yad edir, onu dərin kədir və hüzn içərisində xatırlayır.

Heydər Əliyevlə bağlı bir çox siyasilər, ictimai xadimlər, elm adamlarının dərin xatirələri var və həmin xatirələrin hər biri Azərbaycan vətəndaşı üçün maraqla oxunur, dinlənilir. Sabiq millət vəkili, yazıçı-publisist Cahangir Hüseynovun da ümummilli liderlə bağlı kifayət qədər xatirələri var və müntəzəm olaraq sabiq millət vəkili ulu öndərlə bağlı xatirələrini media nümayəndələri, ictimaiyyətlə bölüşür. Ümummilli liderin vəfatının 18-ci ildönümü ərəfəsində sabiq millət vəkili ilə görüşüb Cahangir Hüseynovun ümummilli lider Heydər Əliyevlə bağlı xatirələrini dinlədik:

“Ümummill danışıram. Qoy bu xatirələrim də tarixdə qalsın. Mənim Heydər Əliyevlə ilk görüşün 1965-ci ilin sentiyabr ayında Göyçay rayonunda olub. Həmin vaxt Heydər Əliyev Azərbaycan Dövlət Təhlükəsizlik Komitəsində işləyirdi. Onun rayona gəlişi həmin vaxt SSRİ rəhbəri Nikita Xuruşovun kəndli islahatları ilə bağlı Göyçayda baş qaldıran kəndli üsyanları ilə əlaqədar idi. Belə ki, həmin islahatlarla bağlı bir sıra rayonlar, kolxoz və sovxozların bir təsərrüfatda birləşməsinin əleyhinə idi. Həmin vaxt Göyçay rayon partiya komitəsinin binasına kolxozçular hücum edərək, rayon partiya komitəsinin binasını dağıtmış, kəndlərdə böyük ixtişaşlar törədmişdilər. Mənin oxuduğum 1 nömrəli orta məktəb rayon partiya komitəsinin yaxınlığında yerləşirdi. Həmin səs-küy, dağıntıların birbaşa şahidi oldum. Hətta etirazçılar rayon partiya komitəsinin birinci katibi A.Mürsəlova xəsərat yetirmişdilər. Bir sözlə rayonda çox ağır bir vəziyyət yaranmışdı. Onu da qeyd edim ki, həmin vaxt mənim atam Huseyn Huseynov Göyçay rayon məhkəməsinin sədri işləməklə bərabər, həm də rayon partiya komitəsinin bürosunun üzvü idi. Bu iğtişaşların yatırılmasında rayona ezam olunmuşların arasında mərkəzi komitənin məhsul işçiləri (Cəfər Vəliyev və s.), o cümlədən Dövlət Təhlükəsizlik Komitəsinin sədr müavini Heydər Əliyev də var idi”.

Cahangir Hüseynov deyir ki, həmin vaxt onun Heydər Əliyevlə ilk görüşü olub. Sabiq millət vəkili xatırladır ki, Heydər Əliyev BDU-nun tarix fakultəsində atası Hüseyn Hüseynovla tələbə yoldaşı olub və Heydər Əliyev Göyçaya səfəri zamanı rayon rəsmiləri ilə görüşür. Cahangir Hüseynovun da Heydər Əliyevlə görüşü məhz həmin tarixdə, Göyçay rayonunda olur. Sabiq millət vəkili deyib ki, Heydər Əliyevin Göyçay rayonuna səfəri və Göyçayda keçirilən görüşlər nəticəsində tezliklə rayonda baş qaldırmış iğtişaşlar yoluna qoyulur:

“Daha sonra 1987-ci ildə Moskvada Daxili İşlər Nazirliyinin Ali Akademiyasının dinləyicisi olarkən, 1987-ci ilin ilk aylarında Müslüm Magamayevin 100 illik yubileyində Heydər Əliyevi Siyasi Büronun üzvü, SSRİ Nazirlər Sovetinin birinci muavini kimi yaxından görüb, onunla görüşdüm. 1990-ci ilin iyun ayında Heydər Əliyev Moskvadan Bakiya gələrkən Binə hava limanında onu qarşılayanlar sırasında da olmuşam. Məlumat üçün qeyd edim ki, həmin vaxt Heydər Əliyevin Bakiya gəlməsi yasaq edilmişdi və hava limanında onun gəlişinin garşısını almaq üçün Azərbaycanın keçmiş rəhbərləri Moskvanını tapşırığı və təhriki ilə onlarla təxribatçı şəxsi orada toplamışdı. Çətinliklə də olsa, Heydər Əliyevi hava limanında qarşılayıb yola sala bildik”.

Cahangir Hüseynov xatırladır ki, o, 1992-ci il, mart fövqəladə sesssiyasında Ali Sovetin deputatı kimi H.Əliyevi ilk dəfə parlamentdə hakimyyətə dəvət edib:

“Həmin vaxt ölkə ictimaiyyəti və parlament üzvlərinə xitabən “nəyə görə bu binanı tikən (Ali Sovetin binası) bir şəxsin Ali sovetə gəlməsi yasaq olur! O hamıdan böyük siyasətçidir” deyə çıxış etdim”.

Sabiq millət vəkili deyir ki, 1993-cü ilin mart ayında Heydər Əliyev qardaşı Həsən Əliyevin vəfatının 40 mərasiminə gələrkən də onu qarşılayıb və Nərimanov metrosu yaxınlığında, YAP-ın qərərgahında Heydər Əliyevlə görüşə nail olublar: “Həmin görüşdə Ali Sovetdə gedən proseslər, ölkədəki vəziyyət barədə fiukir mübadiləsi apardıq. Daha sonra 28 May metrostansıya yaxınlığında H.Əliyevi şəhər qəzintisində müşəyət etdim”.

Cahanguir Hüseynov deyib ki, 14 may, 1992-ci ildə keçirilən parlamentin fövqalədə sessiyasında da H.Əliyevin Ali Sovetin sədirliyinə namizədliyini o, eyni zamanda Arif Rəhimzadə və Eldar İbrahimov irəli sürüb:

“1992-ci ilin noyabır ayında Yeni Azərbaycan Partiyasının Biləsuvar rayonunda ilk təsis konfransının keçirilməsində Murtuz Ələskərov, Əli Nağıyev və başqaları ilə birlikdə iştirak etmişik. 1993-ci ildə H.Əliyev ilə görüşümüzdən sonra dondurulmuş Ali Sovetin fəaliyyətini bərpa edib ulu öndərin Ali Sovetin sədrliyinə seçilməsi üçün bir sıra deputatlarla imzalanmış müraciəti 1993-cü ilin may ayında (həmin sənədə Ali Sovetin 132 deputatı imza atıb) respublika rəhbərliyinə və Ali Sovet sədrinə çatdırdıq. Belə bir vaxtda Gəncə hadisələri baş verdi artıq o dövrdəki rəhbərlik H.Əliyevi məcbur olub Bakiya dəvət etdi”.

Sabiq millət vəkili qeyd edir ki, Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışı ilə tezliklə ölkədə vətəndaş muharibəsinin qarşısı alındı, minlərlə qanunsuz silahlı və cinayətkər quruplar zərərsizləşdirildi:

“1996-cı ildə Lissabon sammitində qəbul edilmiş və işğal olunmuş Dağlıq Qarabağın Azərbaycanın ərazisi olması barədə bəyannamə həmin dövrdə H.Əliyevin siyasi uğuru idi. Bu həmin dövrə təsadüf edirdi ki. rus hərbi birləşmələrinin köməyi ilə Ermənistan ordusu demək olar ki, Azərbaycanın 20 faiz torpaqlarını işğal etmişdi”. Cahangir Hüseynov onu da vurğulayıb ki, 1994-cü ilin may ayının 12-də Bişkek şəhərində Ermənistan ilə atəşkəs müqaviləsinin bağlanması və müqavilə əsasında hərbi əməliyyatların dayandırılması həmin dövr üçün H.Əliyevin böyük siyasəti idi. Əlbəttə bu müqavilədən sonra Azərbaycanın dağılmış iqtisadiyyatının bərpa edilməsi, neft müqavilələrinin bağlanması ilə Azərbaycanın ordu gurulucuğu prosesi genişləndi və Azərbaycan Ordusu güclü, qalibiyyət yaza biləcək bur orduya çevrildi. Məhz görülən işlər və İlham Əliyevin apardığı məqsədyönlü uğurlu siyasət nəticəsində 44 günlük İkinci Qarabağ müharibəsi zamanı torpaqlarımız erməni işğalçılarından azad edildi. Əlbəttə, bütün bu uğurlar Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə başlandı. Bir sözlə bu günkü uğurlarımızın təməlində Heydər Əliyevin zamanında həyata keçirdiyi uğurlu siyasət dayanır. Ölkəmiz bu gün Canubi-Qafqasda, MDB məkanında ən inkişaf etmiş dövlətdir. Mən inanıram ki tezliklə ölkəmiz daha sürətlə inkişaf edəcək, ahalimizin güzaranı daha da yaxşılaşacaq. Diqqətinizə çatdırım ki, yeni qələmə aldığım “Yeni Qarabağnamə Qarabağ Azərbaycandır!” əsərimdə bunlara geniş yer ayırmışam. Sonda bu xatirələrimi ilk dəfə sizin sayta bölüşməklə yanaşı anım günü ilə bağlı Ulu öndər Heydər Əliyevə, eləcə də torpaqlarımız uğrunda vuruşan bütün şəhidlərimizə Allahdan rəhmət diləyirəm”.



NEWSCENTER.AZ
Xəbəri paylaş