Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycanda qadın biznesinin perspektivləri və inkişafı



Newscenter.az.24.12.2021. Azərbaycanda sahibkarlığın inkişafı tam sürətlə gedir. Getdikcə daha çox insan korporativ sahədən müstəqillik seçir. Bununla yanaşı, ölkəmizdə sahibkarlıq mühiti təkcə kişi deyil, həm də qadın nümayəndələri tərəfindən formalaşır - Azərbaycanda sahibkarlıqda qadınların sayı sabit şəkildə artır.

Newscenter.az xəbər verir ki, Mərkəzi Statistika Komitəsinin məlumatına görə, 2021-ci ilin yanvarında Azərbaycanda sahibkarların sayı 956118 nəfər təşkil edib, onlardan 210 815 nəfəri qadınlardır.

"Azerbaijan Business Women" təşkilatı respondentlərin üzləşdiyi əsas vəzifələri və problemləri müəyyən etmək və təhlil etmək, həmçinin COVİD-19 pandemiyasının biznesə təsirini qiymətləndirmək məqsədilə 150 qadın sahibkar arasında sorğu keçirib.

Rəyi soruşulan qadın sahibkarların orta yaşı 31-45 ildir ki, onların əksəriyyəti ali təhsilə malikdir və ailəlidir.

Qadınların 60% - dən çoxu mikrobiznes, 38% - i kiçik bizneslə məşğuldur. Respondentlərin əksəriyyəti Bakıda, 20% Sumqayıtda, 11% isə ölkənin digər şəhərlərində bizneslərini qeydiyyata alıblar.

Sorğunun nəticələrinə görə, öz biznesinin başlanğıcında qadın sahibkarların üzləşdiyi əsas problemlər kapitalın cəlb edilməsi, maliyyələşmə və güclü rəqabətin olması idi.

Respondent qadınların əksəriyyəti xidmət və satış sahələrində məşğul olur və qeyd edirlər ki, ötən illərlə müqayisədə biznesi inkişaf etdirmək asanlaşmışdır. Rəyi soruşulanların 53% - i özünü sabit məşğulluqla təmin etmək üçün sahibkarlıqla məşğul olmağa başlayıb, 30% - i öz arzularını reallaşdırıb, 15% - i isə digər qadınların nümunəsindən ilhamlanıb.

Öz biznesini qurarkən qadın sahibkarlarının 30%-i banka kredit dəstəyi üçün müraciət edirdilər. Başlanğıcda əsas çətinlikləri qyed edərək 46% ilkin kapital hesab edir, 23% kadr resurslarının çatışmazlığı ilə üzləşir.

Araşdırmanın nəticələrinə görə, qadın sahibkarların 57%-i pandemiya nəticəsində zərər çəkmiş, işlərini azaltmaq məcburiyyətində qalmışdır. Bununla yanaşı, sorğu iştirakçıları hesab edirlər ki, pandemiyanın nəticəsi olaraq onların qarşısında yeni imkanlar açılıb, bir çox işlərin əslində onlayn həll edilməsi nəticəsində daha çox boş vaxt yaranıb. Qadın sahibkarlar pandemiyanın biznes rəqəmsallaşdırma prosesini sürətləndirdiyini qeyd etdilər.
Hal-hazırda, respondentlərin 58% - i üçün biznesdə əsas problem aşağı satış səviyyəsidir, 30% - i marketinqin səmərəsiz olduğunu hesab edir, 23% - i isə yüksək rəqabətlə üzləşir.

Sorğu iştirakçılarına potensiallarını inkişaf etdirməyə mane olan amillər barədə sual verilib və 38% qorxuları əsas maneə hesab edir, 31% vaxt və pul çatışmamazlığı, 15% ailə vəziyyəti ilə daha çox məşğul olur, 8% isə biliklərin səviyyəsini öz inkişaf üçün kifayət saymır. Bununla yanaşı, rəyi soruşulanların ən populyar qorxuları risk qorxusu, maliyyə qeyri – sabitlik, dəyişikliklər, vaxt çatışmazlığı ilə bağlıdır.

Digər populyar cavablar marketinq, təhsil, innovasiya və kapital olduğu halda, sorğu iştirakçılarının mütləq əksəriyyəti belə savadlı maliyyə planlaşdırması hesab edir. Qadınların 24% - i öz ailə üzvlərini biznesin aparılmasına cəlb edir, həmçinin uğur amili kimi onların dəstəyi qeyd edir.
Bu sorğu ətraflı müsahibə və onlayn sorğu vasitəsilə keyfiyyət və kəmiyyət metodları ilə aparılmışdır.
Xəbəri paylaş