Newscenter.az.29.03.2022. Rusiyanın dövlət kanalında yayımlanan 60 dəqiqə verlişində yenidən Azərbaycanla bağlı provakasiyalar davam etdirilməkdədir. Xocalının Fərrux kəndi və eyniadlı yüksəkliyi Azərbaycan Silahlı Qüvvələrinin nəzarətinə keçmisi Rusiyadakı bəzi dairələri sözün əsl mənasında öz simalarını açmağa məcbur edib. 60 dəqiqə proqramında Rusiya-Ukrayna müharibəsi müzakirə edilən zaman qəfildən mövzunu dəyişib Qarabağa yönəltdilər. Bu müzakirədə Mixail Delyagin Azərbaycanın razılaşmanı pozduğunu və buna görə cəzalandırmalı olduğunu bildirib.
Əlbəttə bu ilk baxışda Azərbaycana qarşı təhdid xarakteri daşıyır və yəqin ki, bir aydan artıqdır Ukrayna bataqlığında çabalayan Rusiya Ordusu ilə görünür ki, Azərbaycana əzələ nümayiş etdirmək xəyalına düşüblər. Hər halda Rusiyadakı bəzi dairələr yaxşı anlamalıdərlar ki;
1. Qarabağ Azərbaycanın əzəli və əbədi toroqalarıdır və bunu bütün beynəlxalq hüquq norma və prinsipləri də təsdiq edir və orada baş verən istənilən razılaşma və qərarlar da Azərbaycanın istəyi və tələbinə uyğun tənzimlənir,
2. Azərbaycan Rusiya üçün nə Ermənistandır ki, vassal hesab etsin və əmrlərini diktə etsin, nə də Ukraynadır ki, yalnız görüb işğalçılıqla təhdid etsin,
3. Azərbaycan 15 iyun 2021-ci ildə qardaş Türkiyə ilə müttəfiqlik haqqında Şuşa bəyannaməsini imzalayıb. Bu isə o deməkdir ki, Azərbaycana qarşı istənilən aqressiya Türkiyəyə qarşı aqressiya kimi qəbul edilir.
4. Azərbaycan elə Rusiyanın özü ilə də 22 fevral 2022-ci ildə müttəfiqlik haqqında Moskva şəhərində 43 bəndlik müqavilə imzalayıb və görünür ki, Rusiya tərəfi öz imzasına hörmət etmək istəmir,
5. Azərbaycan Silahlı Qüvvələri II Qarabağ savaşında nümayiş etdirdi ki, o XXI əsrin deyil, hətta XXII əsrin müharibəsini aparmağa qadirdir,
Fikrimcə, yuxarıda qeyd edilənləri nəzərə almaqla və indiki halda beynəlxalq birlik tərəfindən Rusiyaya qarşı tətbiq edilən təzyiqləri düzgün dəyərləndirərək Azərbaycana qarşı təhdid dili ilə danışmağı leksikomlarından çıxararlar. Əks halda bu ritorika dövlətlərarası münasibətləri zəifləməsinə qədər gedə bilər ki, bu da indiki halda nə Azərbaycana, nə də Rusiyaya lazım deyil.
Samir Hümbətov-Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzinin sədri