Cənab Prezidentin 2018-ci ildə növbəti dəfə ölkə başçısı seçilməsindən bu gün 4 il keçir.
Keçən 4 ilin iqtisadi dinamikasının yaratdığı mənzərə belədir:
Dövlət büdcəsinin gəlirləri 4,7 mlrd manat artaraq 22,1 mlrd manatdan 26,8 mlrd manata yüksəlib.
Minimum əmək haqqı 170 manat və ya 130% yüksələrək, 130 manatdan 300 manata çatıb.
Minimum pensiya 130 manat və ya 120% artaraq 110 manatdan 240 manata çatıb
ÜDM 22,7 mlrd manat və ya 31% artaraq 70,1 mlrd. manatdan 92,8 mlrd. manata yüksəlib.
Əhalinin hər nəfərinə düşən ÜDM 2095 manat artaraq, 7205 manatdan 9270 manata yüksəlib.
ÜDM-də qeyri-neft sektorunun payı 2 faiz artaraq 62%-dən 64%-ə çatıb.
Ən yüksək artım 2021-ci ildə qeyri-neft artımı - 20 faiz və qeyri-neft ixracı 47,2 faiz artması ilə müşahidə edilib.
Ürək açmayan tərəf isə prioritet sahə olan kənd təsərrüfatının ÜDM-də olan payının artım tempinin çox zəif olmasıdır. Belə ki, 2017-ci ilin ÜDM istehsalında 5,6%-lik pay (4 il sonra) 2021-ci ildə cəmi 5,9%-ə çatıb. Prioritet müəyyənləşdirilmiş bir sahə üçün 4 il ərzində cəmi 0.3 faiz bənd artımı kifayət deyil. Amma 2025-ci ilədək ÜDM-də qeyri-neft sektorunun payının 72,9 faizə çatdırılması planlaşdırılması, 2022-2026-cı illər üzrə sosial-iqtisadi inkişaf strategiyasının yaradacağı imkanlar və s. iqtisadi konturlar gələcək üçün daha müsbət düşünməyə imkan verir.
Eldəniz Əmirov-iqtisadçı ekspert