[/center
“Bakı Metropoliteni” QSC-nin əmək kollektivində ağır itki üz verib.
Bu barədə Newscenter.az-a qurumdan məlumat verilib.
Bildirilib ki, uzun sürən xəstəlikdən sonra Tikinti departamenti rəisinin müavini vəzifəsində çalışmış Əməkdar inşaatçı Rauf Səməd oğlu İsmayılov dünyasını dəyişib.
Rauf İsmayılov 1953-cü il iyulun 14-də Cəbrayıl rayonunda anadan olub. 1979-cu ildə İnşaat Mühəndisləri İnstitutunu körpü və tunellər üzrə inşaat mühəndisi kimi bitirib, müxtəlif tikinti sahələrində, dəmir-beton istehsalı zavodunda işləyib. 1986-cı ildən taleyini metro tikintisinə bağlayan R.İsmayılov Bakı Tunel Tikintisi İdarəsinin 2 saylı tikinti idarəsində sahə rəisi, 3 saylı tikinti-quraşdırma idarəsinin baş mühəndisi vəzifələrində çalışıb.
[center]

2002-ci ildə “Azərmetrotuneltikinti” Səhmdar Cəmiyyətinin baş idarəsində təhlükəsizlik texnikası və dağ-mədən işləri üzrə baş mütəxəssis, 2005-ci ildən baş texnoloq vəzifələrində çalışmış Rauf İsmayılov “Bakı Metropoliteni” QSC yaradıldıqdan sonra, 2014-cü ilin iyul ayından 2022-ci ilin yanvar ayına qədər Səhmdar Cəmiyyətin Tikinti departamentinin rəis müavini vəzifəsini icra edib.
Bakı metrosunun 3-cü növbəsi Şərq sahəsinin 3 (“Xalqlar dostluğu”, “Əhmədli”, “Həzi Aslanov”), 4-cü növbənin Şimal sahəsinin 3 (“Nəsimi, “Azadlıq prospekti”, “Dərnəgül”), həmçinin Bənövşəyi xəttin ilk 3 stansiyasının tikintisində Rauf İsmayılovun xüsusilə boyük əməyi olub. O, “28 May” və “Elmlər Akademiyası” stansiyalarının 2-ci çıxışlarının tikintisində, stansiyaların təmir və yenidənqurma işlərində də öz dəsti-xətti ilə seçilən və paytaxtın yeraltı yollarının inşasında silinməz iz qoyan bir mühəndis idi.
Qeyd edək ki, Rauf İsmayılov “Tərəqqi” medalı və “Əməkdar mühəndis” fəxri adlarına layiq görülmüşdü.
Mehman[b][/b]