Qarşıdan gələn yay mövsümündə “meymun çiçəyi” xəstəliyinin yayılma təhlükəsi var.
Newscenter.az-ın məlumatına görə, “Report” xarici mətbuata istinadən xəbər verir ki, belə bir xəbərdarlıqlar Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) çıxış edib.
ÜST-ün məlumatına görə, bununla bağlı xüsusi peyvənd yoxdur, lakin adi çiçək peyvəndi də “meymun çiçəyi” xəstəliyinə qarşı 85 % effektivdir.
Eyni zamanda, ÜST-nin Avropa ofisi yay aylarında keçirilən festivalların və digər kütləvi tədbirlərin “meymun çiçəyi” virusunun yayılmasını artıracağından ehtiyat edir.
Avropada ilk təsdiqlənmiş yoluxma halı mayın 7-də qeydə alınıb və iki həftə sonra artıq yoluxma halı 100-ə yaxınlaşıb. Ola bilsin ki, virusun sürətlə yayılmasına həm də Avropa İttifaqı (Aİ) ölkələrində koronavirus məhdudiyyətlərinin tamamilə aradan qaldırılması kömək edib.
Qeyd edək ki, dünyada “meymun çiçəyi” xəstəliyinin aşkarlandığı ölkələrin sayı 13-ə, virusa yoluxma ilə bağlı təsdiq olunmuş hallarln sayı 92-yə çatıb.
Böyük Britaniya, İsveç, İtaliya, Fransa, Avstraliya, Kanada, Almaniya, Niderland, Yunanıstan, İsveçrə və İspaniya da daxil olmaqla, bəzi ölkələrdə yoluxma halları müəyyən edilib.