Baltik dənizində NATO-ya üzv ölkələrin "BALTOPS 2022" irimiqyaslı dəniz təlimləri başlayıb.
Newscenter.az "Report"a istinadən xəbər verir ki, təlimlərdə NATO üzvü olan 14 ölkə, həmçinin Şimali Atlantika Alyansına qoşulmaq üçün müraciət etmiş İsveç və Finlandiya iştirak edir.
Ümumilikdə təlimlərə 45 döyüş gəmisi, 7 000 hərbi qulluqçu, 75 təyyarə və helikopter cəlb olunub.
İyunun 16-dək davam edəcək təlimlər müxtəlif mərhələlərdə Baltik dənizinin mərkəzi və cənub hissələrində, o cümlədən İsveç, Latviya, Polşa və Almaniya sahilləri yaxınlığında keçiriləcək.