Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Türkiyə Prezidenti: “Qərbin yaratdığı təhlükəsizlik sistemi çökməkdədir”

Türkiyə Prezidenti: “Qərbin yaratdığı təhlükəsizlik sistemi çökməkdədir”


“Qərbin yaratdığı təhlükəsizlik sistemi çökməkdədir”.

Newscenter.az-ın məlumatına görə, “Report” xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

“Qərbin öz təhlükəsizliyini və rifahını təmin etmək üçün yaratdığı sistem dağılır”, - deyə o, qeyd edib.

Ərdoğan əlavə edib ki, Qərb ölkələri Türkiyənin BMT Təhlükəsizlik Şurasında islahatların aparılması zərurəti barədə ideyası ilə razılaşmağa başlayıblar:

"Uzun illərdir irəli sürdüyümüz BMT Təhlükəsizlik Şurasında islahatlarla bağlı təklif uğurlu görünür. Dünyada beşdən çox ölkə var. İndi onlar özləri bu barədə danışmağa başlayıblar. Deyirlər ki, BMT Təhlükəsizlik Şurasında islahatlar aparılmalıdır, onlar bizim danışdıqlarımıza gələcəklər”.
Xəbəri paylaş