Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Qazi Elvin Cəfərovun faciəsindən çirkin məqsədlər üçün istifadəyə cəhd olunub

Qazi Elvin Cəfərovun faciəsindən çirkin məqsədlər üçün istifadəyə cəhd olunub


Sosial şəbəkələrdə qazi Elvin Cəfərovun dəfnində insident yaşanması ilə bağlı məlumatlar yayılıb.

Allahdan qazimizə rəhmət diləyir və təəssüf hissi ilə qeyd edirik ki, bəzi sosial şəbəkə səhifələri qazimizin faciəsindən öz çirkin məqsədləri üçün istifadəyə cəhd ediblər. Amma Elvin Cəfərovun ailəsi öz səbrli və təmkinli davranışı ilə onların bu cəhdini heçə çıxarıb.

Newscenter.az xəbər verir ki, bu fikirlər Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin açıqlamasında yer alıb.

Bildirilib ki, qazimizin dəfnində rayon rəhbərliyi, rayonun ictimaiyyətinin üzvləri, eləcə də onun yaxınları iştirak ediblər. Elvin Cəfərov el adət-ənənəsinə uyğun dəfn olunub. Dəfn prosesində heç bir insident qeydə alınmayıb.

Mehman
Xəbəri paylaş