Sabirabadın icra hakimiyəri başçısı Cabbarov Siraqəddin Nəcəf oğlunu şəxsən tanımıram. Bir dəfə də olsun onunla görüşməmişəm. Bioqrafiyasına baxdım, 30 ildir icrada çalışır, onun 14 ilini başçı vəzifəsindədir. Başçı müəllim əsgərlikdə olmayıb. Ailəsindən də kiminsə 1-ci və 2-ci Qarabağ savaşında demirəm, hətta səngərdə xidmət etdiyini düşünmürəm.
Newscenter.az xəbər verir ki, bu fikirləri hərbi ekspert Ədalət Verdiyev səsləndirib. Onun sözlərinə görə, nə qədər ki, Vətənə əsgər kimi xidmət etməyənlər, Vətən uğrunda döyüşməyənlər, Vətənin çətin anında həyatı ilə risk etməkdən çəkinənlər yüksək vəzifələrdə təmsil olunacaqlar, döyüşçü problemləri də bitməyəcək:
"Tək bir nümunə gətirim. Müharibə iştirakçısı general-polkovnik Əli Nağıyevin DTX-ya rəis təyin edilməsinə bu ölkədə kimsə etiraz etdimi? Xeyr. Nəticəsi də göz qabağında".
Mehman