Abşeronda obyektdən 10 min manatlıq oğurluq edilib.
Bu barədə Newscenter.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, Abşeron Rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində cari il iyulun 24-dən avqustun 1-dək olan müddətdə Mehdiabad qəsəbəsi ərazisindəki istifadə olunmayan obyektlərin birindən 10 min manat dəyərində qapı və pəncərələr oğurlamaqda şübhəli bilinən Abşeron rayon sakini N.Hacıyev saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.