Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycan anti-terror əməliyyatı ilə şəhidimizin QİSASını aldı

Azərbaycan anti-terror əməliyyatı ilə şəhidimizin QİSASını aldı


Azərbaycan Ordusunun keçirdiyi anti-terror əməliyyatı tam olaraq qanunidir və qanunsuz silahlı birləşmələrə qarşı yönəlib. Rusiya Federasiyası sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin üzvlərinə qarşı keçirilən “QİSAS” adlı anti-terror əməliyyatı erməni silahlılarının təxribatı nəticəsində hərbi qulluqçumuz əsgər Kazımov Anar Rüstəm oğlunun şəhid olmasına cavab olaraq keçirilib.

Ordumuzun keçirdiyi bu əməliyyat həm də erməniləri sülhə məcburetmə tədbiridir. Çünki Ermənistan üçtərəfli bəyanatın müddəalarını yerinə yetirməkdən imtina edir. Anti-terror əməliyyatı zanamı Ordumuz bir sıra əhəmiyyətli hakim yüksəklikləri nəzarətə götürüb.

Qeyd edək ki, Ermənistan tərəfindən üçtərəfli bəyanatın müddəalarının yerinə yetirilmədiyi, xüsusilə də erməni silahlı dəstələrinin hələ də Azərbaycan ərazilərindən çıxarılmadığı barədə dəfələrlə xəbərdarlıq edilib. Üçtərəfli bəyanatın 4-cü maddəsinə əsasən “Rusiya Federasiyasının sülhməramlı kontingenti erməni silahlı qüvvələrinin çıxarılması ilə paralel şəkildə yerləşdirilməlidir”. Amma erməni silahlı qüvvələrinin qalıqları Azərbaycan ərazilərində hələ də qalmaqda davam edirlər ki, bu da bəyanatın müvafiq bəndinə ziddir.

Aydın Hüseynov-Milli Məclisin deputatı
Xəbəri paylaş