Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Bakıda ofisin seyfindən 50 min manata yaxın pul oğurlanıb

Bakıda ofisin seyfindən 50 min manata yaxın pul oğurlanıb


Bakıda ofisin seyfindən 46 444 manat pul oğurlanıb.

Newscenter.az xəbər verir ki, "Report"un əldə etdiyi məlumata görə, hadisə paytaxtın Nizami rayonu ərazisində qeydə alınıb.

Belə ki, Bakı şəhər sakini R.Muradov və Sumqayıt şəhər sakini T.Əfəndiyev rayon ərazisində yerləşən ofislərin birinin seyfindən 46 444 manat pulu oğurluq yolu ilə ələ keçirib.

Nizami Rayon Polis İdarəsinin 23-cü Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində R.Muradov və T.Əfəndiyev saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.
Xəbəri paylaş