Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Direktor vəzifəsinə işə qəbul müsabiqəsinin müsahibə mərhələsinə start verilib

Direktor vəzifəsinə işə qəbul müsabiqəsinin müsahibə mərhələsinə start verilib


Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyində fəaliyyət göstərən şagird sayı 500-dək olan və direktor vəzifəsi hazırda vakant olan ümumi təhsil müəssisələrinə direktor vəzifəsinə işə qəbul müsabiqəsinin müsahibə mərhələsi keçirilir.

Newscenter.az xəbər verir ki, işə qəbul üzrə müsabiqənin test imtahanı mərhələsinin nəticələrinə əsasən, keçid balını toplamış 6 namizəd müsahibə mərhələsində iştirak etmək hüququ qazanıb.

Həmçinin ötən il direktorların işə qəbulu üzrə test imtahanlarında müvafiq keçid balı toplamış, lakin müsahibəyə dəvət olunmamış 14 namizəd də müsahibə mərhələsində iştirak edə biləcək.

Müsahibələrin keçirilmə vaxtı və yeri barədə məlumatlar namizədlərin qeydiyyatdan keçdikləri mobil nömrələrinə göndərilib.

Qeyd edək ki, müsahibə zamanı namizədlərin vəzifə üzrə nəzəri bilikləri, idarəetmə bacarıqları və şəxsi keyfiyyətləri nəzərə alınır. Namizədlər hər meyar üzrə 5 ballıq şkala əsasında qiymətləndirilir. Hər meyar üzrə keçid balı 3-dür.

R.Mehdiyeva
Xəbəri paylaş