Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Gənc fəhlələr istehsalat təcrübəsinə cəlb olunublar

Gənc fəhlələr istehsalat təcrübəsinə cəlb olunublar


SOCAR “Azəriqaz” İstehsalat Birliyinin sifarişi ilə SOCAR TTSİ-nin Təlim mərkəzlərində "Peşəkar fəhlə kadrlarının hazırlanması" proqramı çərçivəsində qaz avadanlıqlarının istismarı və təmiri üzrə çilingər peşəsi üzrə təhsil alan gənc fəhlələrin istehsalat təcrübəsinə start verilib.

Newscenter.az "Azəriqaz"-a istinadən xəbər verir ki, elan olunmuş müsabiqəni müvəffəqiyyətlə keçən gənclər 2,5 aylıq nəzəri tədrisi başa vurduqdan sonra Birliyin strukturuna daxil olan qurumlarda təhsil aldıqları peşə üzrə təcrübəyə cəlb olunublar. Təcrübə yerinin müəyyənləşdirilməsi zamanı Birliyin İnsan Resursları Departamenti gənclərin həm yaşayış yerini, həm də gələcəkdə işləyəcəyi xidmət sahəsini xüsusi nəzarətdə saxlayıb.

Xatırladaq ki, 3,5 ay müddətində praktiki hissəni də uğurla başa vurduqdan sonra şagirdlər yekun attestasiyadan sonra Kadr Ehtiyatı Bazasına daxil olunacaq və vakant yer yarandıqca təhsil aldıqları peşə üzrə daimi işlə təmin olunacaqlar.

Sevinc
Xəbəri paylaş