Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

İnternetdə bir-birilərini təhqir edən şəxslərə xəbərdarlıq olunub

İnternetdə bir-birilərini təhqir edən şəxslərə xəbərdarlıq olunub


İnternetdə bir-birilərini təhqir edən şəxslərə xəbərdarlıq olunub.

Bu barədə Newscenter.az-a Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, müxtəlif dini etiqadlarların qanun qarşısında bərabərliyi, dostluq və əmin-amanlıq şəraitində ünsiyyət qurması Azərbaycan cəmiyyətinin multikulturalizm və tolerantlıq baxımından dünyaya göstərdiyi bir nümunədir.

"Təəssüf ki, bəzi hallarda mediada və sosial şəbəkə səhifələrində milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyinin salınmasına, bu zəmində fərdlərin dünya görüşünə görə ləyaqətinin alçaldılmasına, bununla da Konstitusiyada təsbit edilmiş vicdan azadlığı, milli, irqi və ya dini mənsubiyyətindən asılı olaraq vətəndaşların hüquqlarının qəsd etmə hallarına rast gəlinir.

Azərbaycan Baş Prokurorluğu tərəfindən aparılan monitorinq nəticəsində müəyyən edilmişdir ki, Abşeron rayon sakini Təyyar Hüseynli internet informasiya ehtiyatında və informasiya-telekommunikasiya şəbəkəsində müsahibə zamanı fərqli dünya görüşünə və əqidəyə malik olan şəxslər barəsində kəskin və Azərbaycan cəmiyyətində mövcud dəyərlər baxımından təhqiramiz ifadədələr işlədib, bunun davamı olaraq baş verən müzakirələrdə Mübariz Sadıqlı, Nicat Dadaşov və İrşad Muradov və digər şəxslər tərəfindən təhqir və ya böhtan xarakteri daşıyan, habelə şəxsi həyatın toxunulmazlığını pozan məlumatlar yayılıb.

Bununla da “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi” haqqında Qanunun 13-2.2.3 və 13-2.3.9-cü maddələrinin tələbləri pozulub.

Qeyd olunanları nəzərə alaraq, adı çəkilən şəxslərlə aparılan söhbət zamanı əməllərinin ictimai təhlükəli nəticəsini vaxtında dərk etmədiklərini, mövcud şəraitdə bu cür yazıların yanlış olduğunu dərk etdiyini, gələcəkdə bu cür pozuntulara yol verməyəcəklərini nəzərə alaraq onların barəsində “Prokurorluq haqqında” Qanunun 22-ci maddəsinə əsasən prokuror təsir tədbiri aktı olan xəbərdarlığın elan edilməsi ilə kifayətlənib.

Bununla yanaşı, Baş Prokurorluq tərəfindən media nümayəndələri və sosial şəbəkə istifadəçilərinə müraciət edilərək gələcəkdə cəmiyyətdə təşvişə səbəb olan bu qəbildən məlumatların yayılmaması tələb edilir, əks halda müvafiq qanuni tədbirlərin görüləcəyi bildirilir".
Xəbəri paylaş