"Londonda İran dəstəkli bir qrup şəxs dini şüar altında səfirliyimizə hücum edib.
Bu təxribatın arxasında İran dayanır".
Newscenter.az xəbər verir ki, bu fikirləri politoloq Məhəmməd Əsədullazadə səsləndirib. O bildirib ki, Azərbaycanin Qarabağda silahli erməni birləşmələrinə qarşı hərbi əməliyyatlari Tehranı aqressivləsdirib:
"İran ölkəmizə qarşı hibrid müharibə aparır. Məzhəb pərdəsi adı altında ölkəmizin milli birliyini pozmağa çalışır. İran Türkiyə Azərbaycan tandemi qarşısında geri çəkiləcək. Azərbaycan Zəngəzur dəhlizini də açacaq".
Politoloq qeyd edib ki, Londonda Azərbaycan səfirliyinə qarşı təxribatların arxasında İran kəşfiyyati dayanır:
"Tehran ikinci Qarabağ müharibəsindən sonra yaranan reallıqlari qəbul etmək istəmir. Çünki Azərbaycan güclənib. Azərbaycan xalqının tam birliyi qarşısında, dövlətin yanındayıq və biz qalib gələcəyik.
Regionda yeni siyasi nizam yaranır. İran bununla Azərbaycani Zəngəzur dəhlizi planından geri çəkməyə çalışır. Müxtəlif istiqamətlərdən öz agentura şəbəkəsi vasitəsilə hücumlar edir. Mümkün deyil, Tehran bacarmayacaq".
Mehman