Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Paşinyan çarəsizdir.

Paşinyan çarəsizdir.


"Laçın yolu yalnız dəhliz deyil, Ermənistandan Qarabağa uzanan qaz boru xətti və elektrik xətləri də buradan keçir. Başqa sözlə Azərbaycan ordusu Laçın dəhlizini nəzarətə götürməklə həm də vaxtilə qanunsuz çəkilən kommunikasiya xətlərini nəzarətə götürəcək".

Newscenter.az xəbər verir ki, bu fikirləri "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu səsləndirib. O qeyd edib ki, İrəvan məhz buna görə Laçına alternativ yola keçidi uzatmaq istəyir:

"Ancaq qısa müdddətdə alternativ yoldan Qarabağdakı ermənilərə qaz boru xətti çəkə bilməyəcəklər. Belə bir istəkləri olsa belə bu dəfə biz buna imkan verməyəcəyik. Bunu İrəvan da anlamamış deyil. Əslində Ermənistanın baş naziri Nikol Paşinyan alternativ yol reallığını qəbul edib. Ona görə bu gün açıqlama veriblər ki, Ermənistan tərəfdən yolun tikintisini payıza qədər bitirəcəklər. Halbuki, bir neçə gün əvvəl bəyan etmişdilər ki, yolun tikintisinə sentyabr ayından başlayacaqlar. Paşinyan dünənki toqquşmadan sonra başqa bir “etiraf” da səsləndirib: “Qarabağda Ermənistan hərbçisi yoxdur”. Halbuki, Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriroqyan bir neçə gün əvvəl Paşinyanın təlimatıyla bəyan etmişdi ki, “sentyabra qədər hərbçilərimizi Qarabağdan çıxaracağıq”. Demək başlarına zərbə dəydikcə daha tez tərpənirlər".

Mərkəz rəhbəri onu da qeyd edib ki, Nikol Paşinyan çarəsizdir:

"Bugünkü açıqlamasında ibarələrlə Rusiyanı hədələyib ki, Qarabağda yerləşən rusiyalı sülhməramlıların mandatı müəyyənləşməsə, beynəlxalq təşkilatlara müraciət edəcək. Beynəlxalq təşkilatlar Azərbaycanın istəyi olmadan nə edə bilərlər ki? Müxtəlif problemlər məngənəsində sürünən BMT Qarabağa sülhməramlı göndərmək və ya rusiyalı sülhməramlıları əvəz etmək durumunda deyil. Paşinyan erməni cəmiyyətinə mesaj verir ki, rusiyalı hərbçilər Azərbaycan ordusunun Qarabağda mövqelərini möhkəmlənməsinə mane olmurlar. Biz rusiyalı hərbçilərin “mandat” mövzusunu ona görə müzakirə etmirik ki, onların bölgədə varlığı müvəqqətidir, 3 il yarımdan sonra Qarabağı tərk etməli olacaqlar. Əsas hədəfimiz budur. Ermənilər isə qorxularından bu mövzu barədə danışmaq istəmirlər, bir-birlərindən açıq şəkildə soruşmurlar ki, “rusiyalı hərbçilər Qarabağı tərk etdikdən sonra nə edəcəyik?”.

Mehman
Xəbəri paylaş