Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Ermənistana uduzan kişi şahmatçılarımız 1,5 il müddətinə hərbi xidmətə göndərilsin-TƏKLİF

Ermənistana uduzan kişi şahmatçılarımız 1,5 il müddətinə hərbi xidmətə göndərilsin-TƏKLİF


"Ermənistana uduzan bütün kişi şahmatçılarımızın hamısını, məşqçi və digər rəhbər heyət ilə birlikdə Kəlbəcərə, yaxud Laçına 1.5 il müddətinə hərbi xidmətə gönərmək lazımdır ki, əsgərimizdən Qələbə əldə etmək üzrə ibrət dərsi alsınlar".

Newscenter.az xəbər verir ki, bu fikirləri hərbi ekspert Ədalət Verdiyev səsləndirib. O bildirib ki ilk onluğa belə düşməyən kişi şahmatçıların aldığı qonorarı və maaaşı da haqq edən qadın komandasına vermək lazımdır: "Bu daha ədalətli olar. Şahmat Federasiyası, şahmat məktəblərinin rəhbərləri və müəllimləri arasında yarış keçirilsə, nə qədər şahmat oynaya bilməyənlərin şahmatdan şagirdlərə dərs keçdiyinin şahidi olacaqsınız".

Ədalət Verdiyev Ermənistana 4:0 hesabı ilə qalib gələn qadın şahmat komandamızı təbrik edib, bütün heyətə dərin təşəkkürünü bildirib.

NEWSCENTER.AZ
Xəbəri paylaş