Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

ABŞ demokratiya və insan haqları adı altında böyük çinayətlər edir

ABŞ demokratiya və insan haqları adı altında böyük çinayətlər edir


"Dünyanın ən çirkin siyasətinin mənbəyi, məhz ABŞ-ın siyasi mətbəxində hazırlanır. Amerika atom bombasını, məhz insanları məhv etmək üçün istifadə edən yeganə ölkədir".

Newscenter.az xəbər verir ki, bu fikirləri ekspert Çingiz Şahbazi səsləndirib. O bildirib ki, ABŞ dünyanın istənilən yerində baş verən müharibələrin hamısının müəllifidir:

"Doğrudur, indi dünyanın istənilən ölkəsində hərə bir don və ad altında insanları istədiyi şəkildə idarə edir. ABŞ da demokratiya və insan haqları adı altında böyük çinayətlər edir. Deyəsən növbəti müharibə meydanı da artıq müəyyən edilib. Dünya mediasında artıq ABŞ və Çin müharibəsinin başlanması an məsələsidir kimi xəbərlər yayılır".

Ekspert hesab edir ki, əgər belə bir müharibə baş verərsə, bu gördüyümüz və eşitdiyimiz müharibələrin şiddətinin on qatı fərqi ilə hiss edilə bilər:

"Bunun nə qədər təhlükəli olduğunu hər kəs anlamalıdır".

Mehman
Xəbəri paylaş