Avropada son 500 ilin ən güclü quraqlığı müşahidə edilir. Fransanın ən böyük çayı olan Luara artıq bəzi yerlərdə tamamilə quruyub.
Newscenter.az-ın məlumatına görə, “Report” xəbər verir ki, bu barədə “The Guardian” yazıb.
Qeyd edilib ki, quraqlıq sənaye, yük nəqliyyatı, enerji və qida sənayesi üçün dramatik nəticələrə, habelə Ukraynadakı müharibə ilə əlaqədar tədarük çatışmazlığına və qiymətlərin artmasına səbəb ola bilər.
Avropanın əsas su damarları pisləşən iqlim, quraq qış və yayda rekord istilik səbəbindən dolmur və quruyur.