Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Quba sakinindən 11 kiloqram narkotik vasitə aşkarlanıb

Quba sakinindən 11 kiloqram narkotik vasitə aşkarlanıb


Quba Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçirilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan Newscenter.az-a verilən məlumata görə, keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin əldə etməsi, saxlaması, daşımasında və satmasında şübhəli bilinən rayon sakini Sasun Yusufov saxlanılıb. Həmin şəxsin üzərinə və yaşadığı evə baxış keçirilən zaman 11 kiloqram 198 qram narkotik vasitə olan marixuana aşkar olunaraq götürülüb.

Faktla bağlı Quba RPŞ-də cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə S.Yusufovun barəsində həbs qətimkan tədbiri seçilib.

Mehman
Xəbəri paylaş