Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Gömrük Komitəsi ANAMA-ya 5 it ianə edib

Gömrük Komitəsi ANAMA-ya 5 it ianə edib


Dövlət Gömrük Komitəsi (DGK) azad edilmiş ərazilərdə həyata keçirilən humanitar minatəmizləmə fəaliyyətinə dəstək məqsədilə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinə (ANAMA) 5 baş təlim keçmiş it ianə edib.

Bu barədə Newscenter.az-a DGK-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən məlumat verilib.

Bildirilib ki, həmin itlər humanitar minatəmizləmə əməliyyatlarında fəaliyyət göstərmək üçün ANAMA tərəfindən müvafiq təlimlərə cəlb olunacaq. Təlimlərdən sonra Beynəlxalq Minatəmizləmə Standartları (IMAS) üzrə akkreditasiyadan keçirilərək Qarabağda icra edilən minatəmizləmə əməliyyatlarında iştirak edəcəklər.
Xəbəri paylaş